• $
  • €
  • ₽
  • ₺
  • £

Kraliçanın vəfatı ilə əlaqədar Britaniyanın Azərbaycandakı səfirliyində bayraqlar endirilib

Kraliçanın vəfatı ilə əlaqədar Britaniyanın Azərbaycandakı səfirliyində bayraqlar endirilib
09.09.2022 15:07
Kraliça II Elizabetin vəfatı ilə əlaqədar Britaniyanın Azərbaycandakı səfirliyində bayraqlar endirilib. Bu barədə səfirlik məlumat yayıb.

Səfirlikdən bildiriblər ki, kraliçanın ölümü ilə əlaqədar öz ürək sözlərini yazmaq istəyənlər üçün matəm kitabı açılıb.

Dünyanın müxtəlif ölkələrində yaşayan və Kraliçanın vəfatı ilə əlaqədar öz hisslərini bölüşmək istəyən şəxslər ürək sözlərini onlayn formada açılan matəm kitabına yaza bilərlər.

Britaniyanın Azərbaycandakı səfiri Fergus Ould özünün Twitter səhifəsində bunları yazıb.
 
"Əlahəzrət Kraliçanın vəfatı dərin kədər anıdır. Onun itkisi bütün dünyada çoxşaylı insanlar tərəfindən dərindən hiss olunacaq. O, səmimiyyəti, ağlı və müdrikliyi ilə milyonlarla insanın həyatına toxunub. Allah Mərhum Əlahəzrət Kralıça II Elizabetə rəhmət etsin.”

Prezident İlham Əliyev Kraliça Elizabetin vəfatı ilə əlaqədar Böyük Britaniya kralı Çarlza başsağlığı məktubu ünvanlayıb.

"Bu ağır itkinin kədərini sizinlə və bütün ailənizlə bölüşür, şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, səbr diləyirəm,” məktubda deyilir.

İlham Əliyev Böyük Britaniyanın baş naziri Elizabet Trassa da analoji mesaj göndərib.
 
Aytac

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Cəmiyyət 19:36
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Cəmiyyət 16:25
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Cəmiyyət 16:05
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Cəmiyyət 14:38
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 13:56
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Sabahın hava proqnozu
Cəmiyyət 12:39
Sabahın hava proqnozu
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Cəmiyyət 12:05
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Bakının bir sıra yollarında sürət həddi endirilib
Cəmiyyət 12:01
Bakının bir sıra yollarında sürət həddi endirilib
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri iki gün işləməyəcək
Cəmiyyət 10:51
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri iki gün işləməyəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol