• $
  • €
  • ₽
  • ₺
  • £

Laçın şəhəri, Sus və Zabux kəndlərinin içməli su təchizatı bərpa edilir

Laçın şəhəri, Sus və Zabux kəndlərinin içməli su təchizatı bərpa edilir
10.09.2022 11:57
Azərbaycan Ordusu tərəfindən tam nəzarətə götürülmüş Laçın şəhəri, Sus və Zabux kəndlərinin içməli su təchizatının bərpa edilməsi məqsədilə "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tədbirlər davam etdirilir. İlkin olaraq şəhərin mövcud su mənbəyi, su anbarları, magistral və şəbəkə su xətlərinin istismar vəziyyəti təftiş edilib.

Bu barədə "Azərsu” məlumat yayıb.

"Məlum olub ki, şəhərin əsas içməli su mənbəyi olan subartezian quyuları tamamilə istismara yararsız vəziyyətə salınıb. Quyu zonasında suqəbuledici qurğu, nasos stansiyası, elektrik təchizatı sistemləri məqsədli şəkildə sıradan çıxarılıb, nasoslar sökülərək aparılıb.

Subartezian quyuların bərpası qısa müddətdə mümkün olmadığından alternativ mənbə olaraq bulaqlardan şəhərə suyun verilməsi qərara alınıb. Bu məqsədlə magistral kəmərin qəzalı hissələri təmir olunub, suyun optimal paylanması və tənzimlənməsi məqsədilə magistral kəmər üzərində siyirtmələr və havaburaxıcı quraşdırılıb.

Şəhər şəbəkəsi də istismara yararsız olduğundan müvəqqəti olaraq yerüstü şəbəkənin yaradılmasına qərar verilib. Bu məqsədlə müxtəlif diametrli polietilen borularla 3 km-dən artıq xətt çəkilib, mövcud magistraldan yeni şəbəkəyə birləşmələr verilib və ehtiyac olan tikililərə içməli suyun verilməsi təmin edilib. Eyni zamanda şəhərdə sudoldurucu qüllə quraşdırılıb, xidmət göstərilməsi üçün əraziyə 3 ədəd sudaşıyan maşın cəlb olunub.

Bunlarla yanaşı, Laçın şəhərinin dayanıqlı su təchizatının aparılması məqsədilə layihələndirmə işlərinə başlanılıb. Mütəxəssislər tərəfindən subartezian sahəsinə, anbarlara, nassos stansiyalarına baxış keçirilib, vəziyyət yerində qiymətləndirilib. Qərara alınıb ki, yararsız hala salınmış subartezian quyuları, nasos stansiyası və digər hidrotexniki qurğular bərpa edilsin, anbarlar yuyulub təmizlənərək istismara qaytarılsın", - məlumatda bildirilib

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol