• $
  • €
  • ₽
  • ₺
  • £

Rasim Məmmədovun 70 milyonluq əmlakına həbs QOYULDU

Rasim Məmmədovun 70 milyonluq əmlakına həbs QOYULDU
15.09.2022 13:36
"Baku Steel Company”nin həbsdə olan sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi ilə bağlı əmlakları üzərinə həbs qoyulub.
 
APA-ya istinadən həmin əmlakların siyahısını təqdim edirik:
 
Bakının Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən Bakı Oksford Məktəbi, bir zavod, bir neçə fərdi yaşayış evi və bağ evinin üzərinə həbs qoyulub. Bu əmlakların qiyməti ümumilikdə 70 milyon manat civarındadır.
 
Bakı Oksford Məktəbinin təsisçisi Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovadır.
 
Üzərinə həbs qoyulmuş əmlakların təxminən 30 milyon manat təşkil edən hissəsinin Rasim Məmmədovun qohumlarının adına rəsmiləşdirildiyi bildirilir. Bununla bağlı onlar ilk prosesdə vəkil vasitəsilə məhkəmədə vəsatət qaldırıb, müstəqil tələb irəli sürən üçüncü tərəf kimi tanınmalarını istəyiblər. Məhkəmə vəsatəti baxılmamış saxlayıb.
 
Rasim Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
 
Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol