• $
  • €
  • ₽
  • ₺
  • £

"D18 Hərəkatı"nın sədri Əhməd Məmmədli həbs edildi- YENİLƏNİB

"D18 Hərəkatı"nın sədri Əhməd Məmmədli həbs edildi- YENİLƏNİB
20.09.2022 17:45
Demokratiya 1918 (D18) hərəkatının  sədri Əhməd Məmmədli Azərbaycanda İnzibati Xətalar Məcəlləsinin 535.1-ci(yəni polis işçisi və ya hərbi qulluqçunun ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq )  maddəsilə 30 sutka müddətinə həbs edilib. Bu barədə özü canlı yayımda bildirib. 
 
Vəkil Aqil Layıc həbs barədə qərarı Səbail Rayon Məhkəməsinin verdiyini deyib. Məmmədli həbsinin sülh mövqeyinə və İlham Əliyevi tənqid etməsinə görə olduğunu iddia edib.
 

 
Məmmədli bu gün günorta saatlarında mülki şəxslər tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyi onun saxlanma xəbərini təsdiqləyib və araşdırılma aparıldığını deyib.
 

********* 

Daxili İşlər Nazirliyi Demokratiya 1918 Hərəkatının (D18 Hərəkatı) sədri Əhməd Məmmədlinin saxlanılmasını təsdiqləyib.

DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, Əhməd Məmmədli saxlanılıb və polis tərəfindən araşdırma aparılır.Hələlik onun hansı səbəbdən saxlanıldığı məlum deyil. 
 
********
Demokratiya 1918 (D18) hərəkatının  sədri Əhməd Məmmədlinin  bu gün, sentyabrın 20-i günorta saatlarında saxlanıldığı iddia edilir, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Onun İslam Səfərli küçəsində, mülki geyimli şəxslər tərəfindən saxlanıldığı deyilir.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev  bildirib ki, araşdırılır və bu barədə ictimaiyyətə məlumat veriləcək.
 
Ləman





www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol