Türkiyəyə müalicəyə göndərilən qazilərin sayı açıqlandı

Qarabağ savaşı bitəndən indiyədək Türkiyəyə müalicəyə 200-ə yaxın Qarabağ Müharibəsi iştirakçısı göndərilib. Bunu Azərbaycanın səhiyyə naziri Teymur Musayev "Azərbaycan-Türkiyə səhiyyə biznes forumu və sərgisi”ndə çıxışında deyib.
O həmçinin bildirib ki, Azərbaycanda bu günə kimi Türkiyə istehsalı olan 1000-dən çox dərman vasitəsi qeydiyyatdan keçib.
"TURKOVAC" vaksininin ölkə xaricində həyata keçirilən ilk klinik sınağı da Azərbaycanda aparıldı. Ümid edirəm ki, əczaçılıq sahəsində və yeni dərmanların sınağında ölkələr arasındakı əməkdaşlıq öz bəhrəsini verəcək", - nazir bildirib.

Ləman Qasımova
www.anews.az
Son xəbərlər 
Daha çox 