Azərbaycanda tibbi təhsil alan Türkiyə vətəndaşlarının sayı açıqlandı

Türkiyə vətəndaşı olan 700 tələbə hazırda Azərbaycan Tibb Universitetində təhsil alır, 10-a yaxın şəxs isə rezidentura keçir. Bunu Azərbaycan səhiyyə naziri Teymur Musayev "Azərbaycan-Türkiyə səhiyyə biznes forumu və sərgisi”i zamanı çıxışında deyib.
"Azərbaycan Tibb Universitetində 2022-ci ilin 22 sentyabrında görə 700-dən çox türkiyəli tələbə oxuyur. Həmçinin 10-a yaxın şəxs rezident təhsil alır", - nazir bildirib.
Onun sözlərinə görə, Azərbaycan Tibb Universiteti hazırda Türkiyənin 20-yə yaxın ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir.
Ləman Qasımova
www.anews.az
Son xəbərlər 
Daha çox 























