• $
  • €
  • ₽
  • ₺
  • £

Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun təsdiqləndi

Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun təsdiqləndi
11.10.2022 16:14
Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan Respublikası qanununun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında təsdiq edilib.
 
Qanun layihəsini deputat Tahir Mirkişili təqdim edib.
 
Qanun haqqında deputatların geniş müzkirəsi olub.
 
Deputat Vüqar Bayramlı təklif edib ki, bəzi maddələrə dəyişiklik olması zəruridir.
 
"İnkişaf etmiş ölkələrdə "Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun yoxdur, Mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək layihələri var. Bu istiqamətdə də çox uğurlu nəticələr var. Təklif edirəm ki, qanun həm də starttapları dəstəkləsin. Çünki başqa ölkələrdə də bu pratika var. Sonuncu təklif kimi qanunda maliyyə təminatı ilə bağlı istiqamətin göstərilməsini zəruri hesab edirəm. Düşünürəm ki, bu ayrıca maddə kimi  göstərilsin", - deputat bildirib.
 
Millət Vəkili Elşad Mirbəşir qanunun müzakirəsi zamanı təklif edib ki, qanunda ayrıca maddə ilə dövlət dəstəyi istiqamətlərindən biri kimi ixrac potensialının artırılması nəzərə alınsın. 
 
Deputat Emin Hacıyev bildirib ki, layihədə kiçik, orta və böyük sahibkarlar arasında rejim müəyyən olunsun və hamı eyni hüquqa malik olmasın. Ortada bir fərqin olmasını zəruri hesab edib.
 
Lahiyənin müzakirələrinə təklif edənlərdən biri deputat Fəzail Ağamalı olub. O təklif edib ki, bu qanunun inkişafı üçün ayrıca bir bank təsis etməyə ehtiyac var. Çətinliklərin aradan qaldırılması üçün belə bir dəstəyə ehtiyac olduğunu vurğulayıb. Deputat onu da əlavə edib ki, vergi və güzəştlərin olması zəruridir. 
 
Millət vəkili Qüdrət Həsənquliyevin fikrincə, qanun layihəsi qəbul edilərkən Azərbaycan reaıllığının sosial durumları nəzərə alınmalıdır.
 
"Azərbaycanda 150 minə qədər kiçik və orta sahibkar var. Bu qədər sahibkara bir dövlət qurumu kömək edə bilməz. Təklif edirəm ki, məsləhət mərkəzləri yaradılsın. Bizim qanunların işləmə mexanizmi yoxdur. Məsələn tenderlər formal xarakter daşıyır. Kiçik sahibkarlara kömək olmur. Çünki şəffaf mexanizm olmalıdır. Onu da qeyd edim ki, bura da bəzi qanunları qərb standartları ilə uyğunlaşdırırlar, amma nəzərə almırlar ki, sosial durumumuz qərb standartları ilə eyni deyil. Qanunlar qəbul edilərkən bu mövcud reallıqlar nəzərə alınmalıdır. 
 
 Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
 
 
Gülnar Nazimqızı

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol