Bakıda əfqan şagird sinif yoldaşının atası tərəfindən döyüldü

Bakının Pirallahı rayonunda orta məktəbin 4-cü sinif şagirdi sinif yoldaşının valideyni tərəfindən döyülüb.
Bu barədə "Report” məlumat yayıb.
2012-ci il təvəllüdlü Ö.F. Qala qəsəbəsində sinif yoldaşının atası tərəfindən döyülüb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona baş ənsə nahiyəsinin əziyi diaqnozu qoyulub.
Ö.F. Əfqanıstan vətəndaşıdır.
www.anews.az
Son xəbərlər 
Daha çox 























