Hərbçilərdən rüşvət alıb hospitala göndərən hərbi həkim həbs olundu

Hərbi qulluqçulardan rüşvət alan N saylı hərbi hissənin zabiti, həkim Vəli Quliyev həbs olunub.
Hüquq-mühafizə orqanları tərəfindən keçirilən araşdırma zamanı Vəli Quliyevin əməllərinin üstü açılıb. Xəstəlik sənədi verilən hərbçilərin əksəriyyətinin müalicəyə ehtiyacının olmadığı, rüşvət verməklə hospitala göndərildikləri məlum olub.
Quliyev Vəli Bəkir oğlu Vətən müharibəsindəki xidmətlərinə, Qubadlının və Füzulinin azad olunmasına görə medalları ilə təltif olunub.(Apa)
www.anews.az
Son xəbərlər 
Daha çox 























