• $
  • €
  • ₽
  • ₺
  • £

Xaricdə tibbi təhsil alanlar diplomlarının tanınması üçün imtahan verəcək

Xaricdə tibbi təhsil alanlar diplomlarının tanınması üçün imtahan verəcək
31.10.2022 14:02
Xaricdə rezidentura/ordinatura təhsili almış şəxslərin diplomunun tanınması ilə bağlı yaranan problemlərə aydınlıq gətirilib. Bunu Səhiyyə naziri Teymur Musayev İstanbulda jurnalistlərə açıqlamasında deyib.
 
Nazir bildirib ki, bu istiqamətdə xüsusi komissiya yaradılıb.
 
"Həmin komissiya birbaşa Səhiyyə Nazirliyinin nəzarəti altındadır. Komissiya artıq işini bitirib. Bir neçə günə sənəd qəbulu elan olunacaq. Müxtəlif ölkələrdən məzun olmuş həkim və mütəxəssislərimizin tədris planları qiymətləndirilib. Azərbaycanda qəbul olunmuş tədris standartlarına və proqramlarına uyğun olub-olmadığı müəyyənləşdirilib. Hazırlıq üçün bir aya yaxın vaxt veriləcək. Səhiyyə Nazirliyinin rəsmi saytında hər ixtisas üzrə sual toplusu dərc ediləcək və hazırlaşmağa kifayət qədər vaxt olacaq”, - nazir qeyd edib.
 
Teymur Musayev vurğulayıb ki, ondan sonra vahid şəkildə imtahanlar keçiriləcək: "İmtahanlardan keçən şəxslər həmçinin müəyyən mərhələləri də keçəcəklər. Onların detallarını indi tam açıqlamaq istəmirəm. Artıq bütün təkliflər hazırdır. Yəqin ki, bu həftə ərzində onlarla tanış olmaq mümkün olacaq”.(Apa)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol