• $
  • €
  • ₽
  • ₺
  • £

Rasim Məmmədovun ailə üzvləri DTX-ni məhkəməyə verdi

Rasim Məmmədovun ailə üzvləri DTX-ni məhkəməyə verdi
31.10.2022 15:39
"Baku Non Ferrous And Foundry Company” MMC və 4 nəfər fiziki şəxs Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) qarşı məhkəmə iddiası qaldırıb.

Məhkəmə iddiaları 31 oktaybr 2022ci ildə-ci il tarixində Bakı Apellyasiya Məhkəməsinin hakimi İkram Şirinovun icraatına verilib.

İddia mülkiyyət hüquqları ilə əlaqədar mübahisələrlə bağlıdır.

DTX-ni məhkəmyə verən şəxslər hazırda həbsdə olan "Baku Steel Company” MMC-nin Müşahidə şurasının sədri Rasim Məmmədovun ailə üzvləridir. İddiaçılar arasında Rasim Məmmədovun atası - Azərbaycan Memarlıq və İnşaat Universitetinin dekanı, professor Hikmət Məmmədov, qardaşı Süleyman Məmmmədov, Mehriban və Cəfər Məmmədovalar da var.
 
Rasim Məmmədov eyni zamanda "Baku Non Ferrous And Foundry Company” MMC-nin Müşahidə şurasının sədri olub.

"Baku Steel Company” MMC-nin Müşahidə şurasının sədri Rasim Məmmədov ötən ilin yanvar ayında DTX tərəfindən saxlanılıb.

Rasim Məmmədov Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol