• $
  • €
  • ₽
  • ₺
  • £

Stalinin Lənkəranda cəza çəkdiyi “Zindan qalası” təmir olunacaq

Stalinin Lənkəranda cəza çəkdiyi “Zindan qalası” təmir olunacaq
28.11.2022 16:40
Lənkəran şəhərində yerləşən "Dairəvi qala” ("Zindan qalası”) abidəsi dövlət vəsaiti hesabına təmir olunacaq.

Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli "Azərbaycan” qəzetinə bildirib.

Xidmət rəisi vurğulayıb ki, Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı və dövlət mühafizəsinə götürülən Lənkəran şəhərində yerləşən yerli əhəmiyyətli "Dairəvi qala” (Zindan) (İnventar № 4810, XVIII əsr) abidəsində təmir-bərpa işlərinin görülməsi məqsədilə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sifarişi ilə 2019-cu ildə layihə-smeta sənədləri hazırlanıb, o cümlədən ekspertiza rəyi və qiymətqoyma sənədi tamamlanıb:

"Hazırda "Dairəvi qala”nın dövlət əsaslı vəsait qoyuluşu hesabına bərpası ilə əlaqədar müvafiq tədbirlər görülməkdədir”.

"Dairəvi qala” "Zindan qalası” kimi də tanınır. Bu abidə XVIII əsrdə tikilmiş Lənkəran qalasının bir hissəsidir. "Zindan qala” 1869-1959-cu illərdə həbsxana kimi istifadə olunub. Burada 1903-1904-cü illərdə poçt qatarını qarət etdiyinə görə həbs olunan İosif Stalin də cəza çəkib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol