• $
  • €
  • ₽
  • ₺
  • £

Yardımlıya girəndə mesaj alırıq ki, "İrana xoş gəlmisiz" - DEPUTAT - VİDEO

Yardımlıya girəndə mesaj alırıq ki, "İrana xoş gəlmisiz" - DEPUTAT - VİDEO
09.12.2022 13:07
İnterneti təmin edə bilməyən şirkətlər ləğv olunmalıdır. Bunu Milli Məclisin bu gün keçirilən iclasında Musa Qasımlı "Telekommunikasiya haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
 
"Yardımlıya girəndə bizə mesaj gəlir ki, "İrana xoş gəlmisiz!" Bu informasiyamıza təhdiddir. Dəfələrlə demişəm bir də təkrar edirəm. Bu problem həll olunmalıdır. Eləcə ucqar kəndlərdə internet problem həll olunmalıdır. Problemi həll edə bilməyən şirkətlərin lisenziyası isə ləğv edilməlidir", - deputat bildirib. 
 
Musa Qasımlı həmçinin Kür çayını keçəndən sonra İran radiolarının Azərbaycan tezliyinə daxil olmasına narazılıq edib.
 
Deputat Hikmət Babaoğlu da çıxışında bu məsələyə toxunub. Bildirib ki, efir məkanlarının gücləndirilməsi üçün sərhədətrafı rayonlarda bu problem həll olunmalıdır.
 
Deputat Etibar Əliyev  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələrinə sual verərək cavab istəyib ki, bu ləngimələrinin səbəbi niyə bu qədər ləngiyir.
 
"Qonşu ölkələrdə bu problem uzun illər həll olunub. Texnologiyanın bu qədər inkişaf etdiyi dövrdə biz hələ də bu problemləri qabardırıq. Prezident zamanında bununla bağlı fərmanlarını da imzalayıb. Nə üçün həmin fərmanların icrası gecikir? "Səhər" kanalı hər gün efirimizə müdaxilə edir. Nazirlik öz işlərini təkmilləşdirilməlidir. Bu dövrün tələbidir", - Əliyev deyib. 
 
Millət vəkili Sabir Rüstəmxanlı da qanunun müzakirəsi zamanı bildirib ki, texnikanın inkişaf etdiyi bir dövrdə biz geri gedirik.
 
"Bir vaxt var idi Rusiyada oturub Azərbaycanda fəaliyyət göstərən "Araz" kanalını dinləmək olurdu. Tənqidlər ciddi nəzərə alınmalıdır. Həll olunmalı məsələlərdir. Peykimiz var. Biz informasiyaları yaya bilmiriksə bəs necə olmalıdır? Bu işi bilən adamlar var və onlar problemin həlli üçün cəlb olunmalıdır", - Rüstəmxanlı əlavə edib.  


Spiker Sahibə Qafarova da iclasda iştirak edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələrinə bu problemləri diqqətdə saxlamağa çağırıb. 
 

 
Gülnar Nazimqızı 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol