• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət qulluğuna qəbul imtahanının nəticələri açıqlandı

Dövlət qulluğuna qəbul imtahanının nəticələri açıqlandı
19.12.2022 19:05
Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 18 dekabr 2022‑ci il tarixində dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi (BB növü) və dövlət qulluğuna qəbul (BA, BB növü) imtahanı keçirilib.
 
DİM-dən  verilən məlumata görə, imtahan nəticələri bu gün saat 18:05-dən etibarən DİM-in saytında yerləşdirilib.
 
Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə "iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
 
Dövlət qulluğuna qəbul imtahanının nəticələri ilə buradan tanış olmaq mümkündür. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 2500 namizəddən 45 nəfər imtahana gəlməyib.
 
İmtahan nəticələrinə əsasən, BA1 altqrupu üzrə 18 nəfər, BA2 altqrupu üzrə 45 nəfər, BA3 altqrupu üzrə 75 nəfər, BA4 altqrupu üzrə 94 nəfər, BB1 altqrupu üzrə 159 nəfər, BB2 altqrupu üzrə 181 nəfər, BB3 altqrupu üzrə 254 nəfər, BB4 altqrupu üzrə 308 nəfər olmaqla, ümumilikdə 1134 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.
 
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanının nəticələri isə bu linkdə verilib.
 
Bu imtahanda 141 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, BB1 altqrupu üzrə 4 nəfər, BB2 altqrupu üzrə 21 nəfər, BB3 altqrupu üzrə 26 nəfər, BB4 altqrupu üzrə 40 nəfər olmaqla, ümumilikdə 91 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
 
İmtahanların nəticələri ilə bağlı Apellyasiya komissiyası 20-22 dekabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol