• $
  • €
  • ₽
  • ₺
  • £

Bəxtiyar Hacıyevə görə keçiriləcək aksiya məqsədəuyğun deyil- İcra Hakimiyyəti

Bəxtiyar Hacıyevə görə keçiriləcək aksiya məqsədəuyğun deyil- İcra Hakimiyyəti
22.12.2022 13:06
Bakıda bir qrup şəxs ictimai fəal Bəxtiyar Hacıyevin həbsinə etiraz əlaməti olaraq etiraz aksiyası keçirəcəkləri ilə bağlı sosial şəbəkələrdə çağırışlar edib.

Onların aksiya ilə bağlı müraciətinə Bakı Şəhər İcra Hakimiyyətindən cavab verilib. Bildirilib ki, sözügedən yerdə aksiya məqsədəmüvafiq deyil. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov isə məsələ ilə bağlı mətbuatın aşağıdakı suallarını cavablandırıb.

Bir qrup şəxs sosial şəbəkələrdə çağırış edərək dekabrın 23-də Fəvvarələr meydanında aksiya təyin etdiklərini bildirib. Qeyd olunan aksiyanın keçirilməsinə imkan veriləcəkmi?

- Aidiyyəti dövlət qurumları ilə razılaşdırılmamış hər hansı aksiyanın keçirilməsinə cəhd edilərsə, bu qanunsuz hesab olunacaq və qarşısının alınması üçün müvafiq tədbirlər görüləcək.

- Onlar arasında hüquq müdafiəçiləri və ictimai fəallar da var...

- Kimliyindən asılı olmayaraq, razılaşdırılmadan aksiya təşkil edənlər qanunsuz aksiyanın iştirakçılarıdır. Ona görə də belə bir aksiyanın keçirilməsinə cəhd edənlərə qarşı da qanunsuz aksiya iştirakçısı kimi tədbir görüləcək.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol