• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni Klinikaya direktor müavini təyin edilib - FOTO

Yeni Klinikaya direktor müavini təyin edilib - FOTO
06.01.2023 16:16
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən "Yeni klinika” tibb müəssisəsinin direktor müavini vəzifəsinə təyinat olub.

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun müvafiq əmrinə əsasən İlqar Mustafayev "Yeni klinika” tibb müəssisəsinin inzibati işlər üzrə direktor müavini vəzifəsinə təyin edilib.
 
 Mustafayev Azərbaycan Dövlət İqtisad Universitetində "Türk Dünyası İşletme Fakültəsi”ndə Biznesin Təşkili və İdarə Edilməsi ixtisası üzrə bakalavr, Almaniyada "Frankfurt School of Finance and Management” universitetində Beynəlxalq Səhiyyənin İdarə olunması üzrə magistr (MBA) təhsili alıb.
İlqar Mustafayev əmək fəaliyyətinə 2006-2007-ci illərdə GRBS LLC-də Baş Təlim Meneceri olaraq başlayıb. 2008-2009-cu illərdə USAID təşkilatında "Azərbaycanda Ticarət, İnvestisiya İslahatlarına Dəstək Proqramı” üzrə layihə rəhbərinin köməkçisi vəzifəsində çalışıb. 2010-2015-ci illərdə VITTA Elmi-Texniki MMC-də Tibbi menecer, 2019-2021-ci illərdə yenə VITTA Elmi-Texniki MMC-də Tibbi Biznesin inkişafı departamentinin rəhbəri vəzifələrində çalışıb.

Çalışdığı müddət ərzində bir çox dövlət və özəl xəstəxanaların qurulması və tibbi təchizatları üzrə layihə rəhbəri olub. 2015-2019-cu illərdə German Hospitalda Baş Direktor, 2021-2023-cü illərdə isə "Milli Hematologiya və Transfuziologiya" Mərkəzində İnzibati işlər üzrə müavin vəzifələrində çalışıb.
 






www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol