• $
  • €
  • ₽
  • ₺
  • £

Ötən il gömrükdə 28 475 hüquqpozma faktı aşkar edilib- DGK

Ötən il gömrükdə 28 475 hüquqpozma faktı aşkar edilib- DGK
16.01.2023 17:58
2022-ci ildə 694-ü cinayət xarakterli olmaqla  28 475 hüquqpozma faktı aşkar edilib. Bunu Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov Komitənin 2022-ci il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunan müşavirəsində deyib.

Hesabat dövründə 694-ü cinayət xarakterli olmaqla 28 475 hüquqpozma faktı aşkar edilib.
 
"Bu faktlar üzrə şübhəli bilinən 708 nəfər barəsində müvafiq tədbirlər görülüb. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 77 fakt aşkar olunub, ümumilikdə 934 kq 428 qr narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən çıxarılıb ki, onların 89,6%-ni daha təhlükəli narkotik vasitələr - heroin və metamfetamin təşkil edir”, - sədr müavini bildirib.

İsmayıl Hüseynov bildirib ki, ötən il müəyyən olunmuş 4 milyard 605 milyon manat illik büdcə öhdəliyinə qarşı faktiki olaraq 5 milyard 653 milyon manat vəsait dövlət büdcəsinə köçürülüb ki, bu da nəzərdə tutulan proqnozdan 1 milyard manat artıq deməkdir
 
2021-ci ildə  Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 3 193,248 milyon manat təşkil edib.
 
Həmin ildə Azərbaycan gömrük orqanları 17 144 hüquqpozma faktı aşkar edib.
 
Lida

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol