• $
  • €
  • ₽
  • ₺
  • £

Hüquq müdafiəçiləri 27 siyasi məhbusun əfv siyahısına salınmasını istəyib

Hüquq müdafiəçiləri 27 siyasi məhbusun əfv siyahısına salınmasını istəyib
27.01.2023 10:59
Azərbaycan Hüquq-Müdafiə Təşkilatlarının Monitorinq Qrupu (AHMTMQ) 27 siyasi məhbusun adı olan siyahını Əfv Komissiyasına təqdim edib. Bu barədə Novella Cəfəroğlu açıqlamasında bildirib.

Hüquq müdafiəçiləri həbsdə olan Bəxtiyar Hacıyev və Əvəz Zeynallının da əfvə düşməsini istəyiblər.

Fevralda komissiyaya yeni şəxslərin adlarının daxil edildiyi yenilənmiş siyahı təqdim ediləcək. Əlavə olaraq, hüquq müdafiəçiləri 20 ildən çoxdur həbsdə olan, "müəyyən hal və şərtlərlə" əlaqədar ağır cinayətlərə görə mühakimə edilmiş şəxslərin də adlarını əfv siyahısına əlavə ediblər.

Yanvarın 25-də Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc bildirib ki, 2023-cü ilin əfv sərəncamı Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı olacaq.
 
O bildirib ki, əfv komissiyası hazırda 360-dan çox sənədə baxıb. 
 
Milli Məclisin yaz sessiyasında cari il üçün "Əfv institutu-Amnistiya aktı İnsan hüquqlarının təminatı institutu kimi: reallaşdırılmasının  aktual problemləri” mövzusunda vətəndaş cəmiyyəti və ekspertlərlə birgə ictimai dinləmələrin keçirilməsi nəzərdə tutulub. 
 
Azərbaycanda sonuncu əfv sərəncamı 2022-ci ilin mayın 27-də imzalayıb. Həmin sərəncamla 213 nəfər əfv siyahısına salınıb. Onların arasında hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan 20 şəxsin adı olub. 
 
Aytac


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol