• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda 25 min manatlıq elektrik avadanlıqları oğurlayan şəxs saxlanılıb

Bakıda 25 min manatlıq elektrik avadanlıqları oğurlayan şəxs saxlanılıb
07.02.2023 20:30
Xətai və Qaradağ rayonlarında transfarmator məntəqələrindən 25 min manatlıq elektrik avadanlıqları oğurlayan şəxs saxlanılıb.

Bu barədə  Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, naməlum şəxs məntəqənin qapısını qıraraq oradan gərginlik və cərəyan transfarmatorlarını oğurlayıb. Hadisə nəticəsində dövlət əhəmiyyətli elektrik xətlərinə ciddi ziyan vurulub. Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Dəyanət Kərimli saxlanılıb. Aparılan araşdırmalar zamanı həmin şəxsin Qaradağ rayonu Lökbatan qəsəbəsində də iki yerdən transfarmator məntəqələrinə qanunsuz daxil olaraq oradan oğurluqlar etdiyi məlum olub.

Dəyanət Kərimli etdiyi oğurluqlar nəticəsində dövlət qurumuna 25 min manata yaxın maddi ziyan vurub. Faktlarla bağlı toplanan materiallar Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Dəyanət Kərimli barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol