• $
  • €
  • ₽
  • ₺
  • £

Sosial Tədqiqatlar Mərkəzi ötən ilin hesabatını açıqlayıb

Sosial Tədqiqatlar Mərkəzi ötən ilin hesabatını açıqlayıb
08.02.2023 13:12
Sosial Tədqiqatlar Mərkəzi 2022-ci ildə 7 analitik hesabat, 76 açıq və qapalı arayış hazırlayıb. Bu mərkəzin ötən ilə dair hazırlanmış hesabatında qeyd olunub.
 
Bildirilib ki, bu dövr ərzində 1 elmi-analitik jurnal, 39 elmi, analitik məqalə, 24 yerli və beynəlxalq konfranslarda məruzə və çıxışlarda əksini tapıb. STM-in beynəlxalq redaksiya heyətinə və beynəlxalq ISSN (2788-8789) sertifikatına malik "Sosial tədqiqatlar" jurnalının ümumilikdə 2-ci sayı çap edilib.
 
 
İctimai rəyin öyrənilməsi departamenti tərəfindən 2022-ci ildə ümumilikdə 16127 respondentin iştirakı ilə 21 rəy sorğusu (11-i üz-üzə, 10-u telefon sorğusu) keçirilib, 9 icmal sənədi və 20 arayış sənədi, 2 analitik təhlil təqdim edilib, 2 kitab layihəsi hazırlanıb.

"Koronavirus pandemiyası ictimai rəydə”, "Qisas əməliyyatı ictimai rəydə”, "Qətiyyətli cavab əməliyyatı ictimai rəydə”, "Prezidentin fəaliyyəti ictimai rəydə (İnam indeksi) və digər sorğular cəmiyyətin böyük marağına səbəb olub.

Media və kommunikasiya departamenti tərəfindən 2022-ci il ərzində Sosial Tədqiqatlar Mərəzinə məxsus saytın "Media” bölməsinin "Press-reliz” kateqoriyasında ümumilikdə 40 press-reliz dərc edilib. 2022-ci il ərzində mərkəzin Youtube kanalından 36 video-çarx paylaşılıb. Paylaşılan video-çarxlar arasında STM-in Mətbuat xidmətinin hazırladığı müxtəlif verilişlər də yer alıb. Departament əməkdaşları tərəfindən 8 arayış sənədi təqdim edilib.

Bundan başqa STM-in rəsmi internet səhifəsi (stm.az) kontentlərlə zənginləşdirilməsi təmin olunub.

2022-ci ildə STM-in icraçı direktoru tərəfindən 14 təhlil, arayış, təklif, arayış sənədləri və anailtik hesabat, 6 rəy, 7 daxili sənəd, dövlət proqramlarının icrası ilə bağlı 19 hesabat hazırlanmışdır. Bundan əlavə, icra xarakterli sənədlər, rəsmi məktublar, təqdimatlar, əmrlər, protokollar və onlara əlavə olunan sənədlər hazırlanıb.
 
Sosial Tədqiqatlar Mərkəzi 2018ci il prezident İlham Əliyevin fərmanı ilə yaradılıb. 
 
STM ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edən, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirən və dəyişiklikləri proqnozlaşdıran, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıran, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edən, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edən publik hüquqi şəxsdir.
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol