Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına yeni mətbuat katibi təyin olunub

Yazıçı Samirə Əşrəf Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına mətbuat katibi təyin edilib. Bu barədə teatrdan məlumat verilib.
Yazıçı eyni zamanda Kulis.az-da redaktor vəzifəsində çalışır.
Samirə Əşrəf "Mənim üçün qızılgül" adlı hekayələr toplusunun müəllifidir.
Şükürova Samirə Əşrəf qızı 1980-ci il oktyabrın 5-də Cəbrayılda anadan olub.
Daha əvvəl bu vəzifədə Lalə Azəri olub.
www.anews.az
Son xəbərlər 
Daha çox 























