• $
  • €
  • ₽
  • ₺
  • £

Bərdə də yeni suvarma mövsümənə hazırlıqlar gedir.

Bərdə də yeni suvarma mövsümənə hazırlıqlar gedir.
03.03.2023 20:30
Azərbaycan  Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib ki, Bərdə Suvarma Sistemləri İdarəsi Bərdə rayonunda 63406 hektar əkin sahəsinin suvarılmasına xidmət edir. İdarənin balansında 1260 km suvarma kanalı vardır. Bundan 112 km nov kanallar, 32 km qapalı şəbəkə, 851 km-i torpaq kanaldır. Hər il mütəmadi olaraq torpaq məcralı kanallarda su itkisinin qarşısının alınması, maneəsiz olaraq fermerlərə çatdırılması üçün lildən təmizləmə işləri aparılır. Hazırda idarənin texnikaları vasitəsi ilə bir neçə istiqamətdə kanallar lildən təmizlənir. Bundan başqa suvarmada istifadə üçün 2 ədəd su anbarından, 5 ədəd səyyar tipli SNP nasosdan və 15 ədəd nasos stansiyadan istifadə olunur. 

Bərdə rayonunun əsas su mənbəyi Yuxarı Qarabağ Kanalı, Tər-tər çayı, subartezian quyuları və Kür çayı üzərində qoyulmuş nasos stansiyalarıdır. 2022-ci ildə rayon üzrə 63406 hektar sahə 5.37 dəfə  suvarılıb. Cari ildə isə balansda olan torpaqlara aşağıdakı qaydada kənd təsərrüfatı bitkiləri əkilib. Bunlar 10931 ha pambıq, 11862 ha taxıl, 22907 ha yonca, 12506 ha digər əkinlər və 5200 ha həyətyanı sahələrdir. Ötən il idarə tərəfindən 48 ədəd hidro metrik postlar cari təmiri edilib, 1064 min.m3 kanallar lildən təmizlənib. Kollektor dren sisteminin 992 min.m3 -i yəni, 283 km hissəsi lildən təmizlənib. Bundan başqa 350 ədəd subartezian quyusu cari təmiri edilib.

Məlumat üçün bildirək ki, Bərdə Suvarma Sistemləri İdarəsi tərəfindən əsaslı təmir planına uyğun olaraq 3 ədəd nasos stansiyanın elektirik avadanlığı, torpaq məcralı kanalın 1.3 km-i və R-13 beton kanalının 1.5 km-i  beton üzlüyə alınıb. Kollektor və drenaj sistemində 3 ədəd borulu keçidinin əsaslı təmiri, elektirik təsərrüfatının təmiri, su saygacının quraşdırılması və abadlıq işləri görülüb.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Cəmiyyət 14:38
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 13:56
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Sabahın hava proqnozu
Cəmiyyət 12:39
Sabahın hava proqnozu
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Cəmiyyət 12:05
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Bakının bir sıra yollarında sürət həddi endirilib
Cəmiyyət 12:01
Bakının bir sıra yollarında sürət həddi endirilib
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri iki gün işləməyəcək
Cəmiyyət 10:51
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri iki gün işləməyəcək
Yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatında yarışların qalibləri müəyyənləşib
Cəmiyyət 18:06
Yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatında yarışların qalibləri müəyyənləşib
Bakıda Naxçıvan MR-in Daimi Nümayəndəliyi ləğv edilib
Cəmiyyət 17:46
Bakıda Naxçıvan MR-in Daimi Nümayəndəliyi ləğv edilib
Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 17:00
Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol