FAO Ağalıda layihə icra edəcək

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Zəngilan rayonunun Ağalı kəndinə köçən fermerlərin bilik və bacarıqlarının artırılması üçün layihə icra edəcək.
Bunuaçıqlamasında FAO-nun Azərbaycandakı nümayəndəsinin köməkçisi Bariz Mehdiyev bildirib.
"Artıq layihə təsdiq edilib və hökumətə təqdim olunub, bu yaxınlarda icrasına başlanılması gözlənilir. 2 illik layihə FAO-nun Texniki Yardım Proqramı çərçivəsində, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmət Agentliyi ilə birgə icra ediləcək. Ondan 300-ə yaxın fermer (benefisiar) bəhrələnəcək. Son 30 ildə kənd təsərrüfatında istifadə edilən texnologiyalar inkişaf edib. Layihə çərçivəsində pilot suvarma sistemlərinin nümayişi və tətbiqi nəzərdə tutulur”, - deyə o qeyd edib.
Bundan əlavə, "Ağıllı kənd” layihəsi üçün əkin planı hazırlanıb. Planda nəzərdə tutulmuş torpaq sahələrinin əkinə yararlılığı qiymətləndirilib və əkin üçün hazırlığa başlanılıb. Əkin planına əsasən müəyyənləşdirilən 600 hektar ərazidən 412 hektarının minalardan təmizlənməsi üçün müvafiq işlər aparılıb.
www.anews.az
























