• $
  • €
  • ₽
  • ₺
  • £

Parlamentdə yenidən pensiya yaşının azaldılması müzakirə olundu

Parlamentdə yenidən pensiya yaşının azaldılması müzakirə olundu
07.03.2023 13:06
Azərbaycanda pensiya yaşı qadınlarda 60, kişilərdə isə 62 olmalıdır. Bunu deputat Razi Nurullayev Parlamentin bu gün keçirilən iclasında Ombusdmanın illik fəaliyyətini müzakirə edərkən deyib. 

"Xaricdə pensiya yaşının 65 olmasını əsas gətirirlər. Amma unutmaq lazım deyil ki, həmin ölkələrdə tibb,sosial yaşayış,əmək haqları müqayisə olaraq bizdən çox yüksəkdir. Onlarla müqayisəmiz doğru deyil. Biz deputatlar xalqın arasındayıq. Onlar hansı vəziyyətdə yaşayır görürük. Nəzərə alaq ki, xəstəliklər cavanlaşıb. Rəhmətə gedənlərin çoxu 57-62 yaş arasındadır. Hətta qəbirastanlıqlarda da bir monitorinq aparmışam və son zaman ölənlərin əksəriyyəti yaşlanmadan dünyasını dəyişənlərdir”, - deputat bildirib.

Razi Nurullayev Ombusdman Səbinə Əliyevanın pensiya yaşının azaldılmasını təklifini dəstəklədiyini açıqlayıb.

Milli Məclisin çərşənbə axşamı Ombusdman illik məruzə təqdim edib. Təqdimatda pensiya yaşının da azaldılması təklif olunub.

Hazırda Azərbaycanda pensiya yaşı kişilər üçün 65, qadınlar üçün 63-dür. 2026-ci ilə qədər isə qadınlar üçün bu yaş hər il altı ay artırmaqla 65 yaşa çatdırılacaq.
 
Gülnar Nazimqızı

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol