• $
  • €
  • ₽
  • ₺
  • £

Bu məktəbdə 100-ə yaxın şagird dərsə getməkdən imtina edir - SƏBƏB

Bu məktəbdə 100-ə yaxın şagird dərsə getməkdən imtina edir - SƏBƏB
28.03.2023 12:55
Astaranın Motayataq kəndinin Sarvan Qurbanov adına kənd orta məktəbində 100-ə yaxın şagird məktəbə getməkdən imtina edib. Buna səbəb isə məktəbin iki müəllimin əxlaq problemi olması iddiasıdır. Bunu anews.az-a açıqlamasında şagirdlərin valideynləri açıqlamasında bildirib. 
 
"Məktəbdə iki müəllim var ki, onların əxlaq problemləri var. Onlardan biri gənclərin çağırışaqədərki hazırlıq rəhbəri Əliyev Ramin Böyükağa oğlu, digəri isə məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı Məlikzadə Rauf İlham oğludur. Bu müəllimlərin əxlaqı yerində deyilsə bizim uşaqlar ondan hansı tərbiyəni alacaqlar? Dünən məktəbin qarşısında aksiya keçirmişik və həmin müəllimlər məktəbdən çıxmayana qədər övladlarımız məktəbə getməyəcək. Bu gün 100-ə yaxın şagird məktəbə getməkdən imtina edib. Aiddiyatı qurumlar gəlib tədbir görsün", - valideynlərin söyləyib. 
 
Məktəbin direktoru bildirib ki, bugün məktəbə 60 uşaq gəlməyib. Valideynlərin iddiasına cavab olaraq direktor söyləyib ki, baş verən hadisə faktını tapmadığı üçün şəxslən həmin valideynlər və şagirdlərə maarifləndirmə işləri aparır. 
 
Lənkəran-Astara Regional Təhsil İdarəsindən bildirilib ki, bu iddia kənd sakini Ağayeva Elnazə Bəyəhməd qızının itib sonra tapılmasından sonra baş verib. 
 
"Kənd sakinləri iddia edib ki, adıçəkilən xanımı məktəbin müəllimləri Əliyev Ramin və Məlikzadə Rauf oğurlayıblar. Buna görə həmin müəllimlərin məktəbdən kənarlaşdırılması istənilir.  Astara hüquq-mühafizə orqanları tərəfindən verilən məlumatda, Əliyev Ramin Böyükağa oğlunun və Məlikzadə Rauf İlham oğlunun baş vermiş hadisə ilə heç bir əlaqəsinin olmadığı bildirilib", - açıqlamada qeyd olunub. 
 
Bazar ertəsi 50-dən çox valideyn Sarvan Qurbanov adına kənd orta məktəbinin qarşısında iki müəllimin işdən çıxmasına qarşı etiraz aksiyası keçirib. 
 
Gülnar Nazimqızı 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol