• $
  • €
  • ₽
  • ₺
  • £

Mingəçevirdə üzərində “Makarov” gəzdirən və orta məktəbdən oğurluq edən şəxslər tutulub

Mingəçevirdə üzərində “Makarov” gəzdirən və orta məktəbdən oğurluq edən şəxslər tutulub
01.04.2023 09:04
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən üzərində odlu silah-sursat gəzdirən və orta məktəbdən oğurluq edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, şəhər ərazisində Elçin adlı şəxsin üzərində odlu silah-sursat gəzdirməsi barədə polisə əməliyyat məlumatı daxil olub. Şöbənin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində əvvəllər də ağır cinayətlər törətdiyi üçün 8 dəfə məhkum olunmuş və ümumilikdə 28 il azadlıqdan məhrum edilmiş Yevlax rayon sakini Elçin Ocaqquliyev saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən "Makarov” markalı tapança, silaha məxsus daraq və 5 ədəd patron aşkarlanaraq götürülüb. Həmin silahın hər hansısa bir cinayətdə istifadə edilib-edilməməsinin müəyyən olunması məqsədilə zəruri istintaq hərəkətləri davam etdirilir.

Polis əməkdaşları tərəfindən keçirilən digər əməliyyat-axtarış tədbiri nəticəsində isə şəhər ərazisində yerləşən orta məktəblərin birindən oğurluq edən Rövşən Kərimov saxlanılıb. Araşdırma zamanı onun gecə saatlarında məktəbə daxil olaraq oradan 8 ədəd kompüter oğurladığı və kolluq ərazidə gizlətdiyi müəyyən edilib. Məqsədi isə bir neçə gün keçdikdən sonra onları satmaq və qazanc əldə etmək olub. Ancaq R.Kərimov niyyətini sona qədər həyata keçirə bilməyib və oğurladıqları gizlətdiyi yerdən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol