• $
  • €
  • ₽
  • ₺
  • £

Tələbə təhsil krediti verilən tələblərin sayı açıqlanıb

Tələbə təhsil krediti verilən tələblərin sayı açıqlanıb
07.04.2023 11:52
2022-2023-cü tədris ilinin yaz semestrində təhsil tələbə krediti 3382 tələbəyə şamil edilib. Bu barədə Təhsil Tələbə Krediti Fondundan bildirilib.
 
Onlardan 1174 nəfərin müraciəti sosial TTK, 2208 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.
 
Məlumata görə, 2022-ci il payız semestri üzrə ümumilikdə 1575 tələbə təhsil krediti əldə edib.

Bildirilib ki, onlardan 521-i sosial, 1054-ü isə standart yönümlü kreditdir.
 
Təhsil tələbə krediti verilən zaman girov və zəmanət tələb olunmur.

2021- ci ildə tələbə təhsil kreditinə 3200 nəfər müraciət edib.
 
Təhsil tələbə kreditlərinin alınması üçün tələbə tədrisə tam cəlb olunaraq təhsil müəssisəsində əyani təhsil almalıdır. Təhsil tələbə krediti uzunmüddətlidir və təhsil müddətində tələbədən kredit geri tələb edilmir və faiz hesablanmır.
 
Sosial təhsil tələbə kreditindən yalnız sosial həssas təbəqəyə aid ailələrin üzvü olan tələbələr istifadə edə biləcəklər. Aşağıdakı tələblərə cavab verən tələbələr bu kreditdən yararlana bilərlər.

-Ünvanlı sosial yardım alan ailələrin üzvləri.

-3-cü dərəcə əlilliyi olanlar.

Hər iki valideyni aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar da bu kreditdən yararlana bilərlər.

-1-ci vəya 2-ci dərəcə əlilliyi olanlar.

-İşsiz kimi qeydiyyatda olanlar.

-Yaşa görə əmək pensiyası alanlar

-Yaşa görə sosial müavinət alanlar.

Sosial kredit almağa hüququ olmayan tələbələr Standart kreditdən yararlana bilərlər.

Bu kredit üçün girov və ya zaminlik tələb olunmur və bu kredit siğortalanır. Tələbə təhsil kreditini 20 il müddətində qaytara biləcək. Kredit üçün faiz az olacaq. Əlavə olaraq, yaxşı oxuyan tələbələrə güzəştlər olunacaq.Bu güzəşt həm faiz dərəcələri, həm də vəsaitin geri qaytarılmasına şamil olunur.
 
Təhsil-Tələbə krediti əcnəbi tələbələrə şamil olunmur. Məbləğ hər tədris ili üzrə ödənilir. Bank tərəfində birbaşa ali təhsil müəssəsinə ödənilir.
 
Təhsil krediti ilə ali təhsili bitirən tələbəyə kreditin geri qaytarılmasına başlamaq üçün 2 il güzəşt olunur. Yəni, tələbələr universiteti bitirdikdən 2 il sonra krediti qaytarmağa başlasalar, 10 il ərzində onu tamamilə geri qaytara bilərlər.

Kredit aldığı semestri əlaçı bitirən tələbə həmin məbləğin yarısını qaytarır. Yəni 8000 manat kredit götürübsə, ortalama balı 91-dən yuxarı olan tələbə 4000 kredit ödəmiş olacaq.
 
Aytac Zeynalova



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol