Azərbaycanın FIFA referisi Yunanıstanda təxirə salınmış oyuna dəvət olunub

Azərbaycanın FIFA referisi Əliyar Ağayev Yunanıstan Kubokunun yarımfinal mərhələsinin təxirə salınmış cavab oyununa yenidən dəvət alıb. AFFA-nın rəsmi saytı istinadən xəbər verir ki, 36 yaşlı ədalət təmsilçisinin rəhbərlik etdiyi hakimlər briqadası "Olimpiakos” və AEK komandaları arasındakı matçı idarə edəcəklər.
Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Elçin Məsiyev isə VAR-da iş başında olacaq.
www.anews.az
Son xəbərlər 
Daha çox 























