• $
  • €
  • ₽
  • ₺
  • £

ADA Universitetində UNESCO üzrə Milli Komissiyaların baş katibləri üçün təlim proqramı yekunlaşıb

ADA Universitetində UNESCO üzrə Milli Komissiyaların baş katibləri üçün təlim proqramı yekunlaşıb
12.04.2023 19:26
ADA Universiteti, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və İnkişaf və Diplomatiya İnstitutunun (ADA Universiteti) birgə təşkilatçılığı ilə keçirilən təlim proqramı yekunlaşıb.
 
 İnstitutun İxtisasartırma Proqramı tərəfindən həyata keçirilən təlim Benin, Niger, Toqo, Burkina-Faso, Qvineya, Qabon, Cibuti, Kot-d’İvuar, Konqo Demokratik Respublikası, Ekvatorial Qvineyanın UNESCO üzrə milli komissiyalarının baş katiblərini bir araya gətirib.

Təlim proqramının bu gün baş tutan bağlanış mərasimində ADA Universitetinin prorektoru və İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə və onun müşaviri Aygün Hacıyeva, həmçinin Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının baş katibi Seymur Fətəliyev iştirakçılara sertifikatlar təqdim ediblər.

Aygün Hacıyeva proqramın yekununa dair təqdimatla çıxış edərək bildirib ki, dövlət qurumlarından dəvət edilmiş yüksək səlahiyyətli qonaq çıxışçılar və ADA Universitetinin professor-müəllim heyətinin mühazirələri vasitəsilə Afrikalı diplomatlar ölkəmiz barədə dərin biliklərə yiyələndilər.

"Bu proqram Azərbaycanla Afrika ölkələri arasındakı dostluğun, əməkdaşlığın inkişafına fayda verir”, - deyən prorektor İsmayılzadə iştirakçıların təmsil etdikləri regionla ölkəmiz arasında əlaqələrin genişlənməsinə xidmət edəcəklərinə ümidvar olduğunu bildirib.
UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Seymur Fətəliyev Afrikanı təmsil edən iştirakçılara regionlarımız arasındakı uzun məsafəyə baxmayaraq proqrama qatıldıqlarına görə minnətdarlığını ifadə edib: "Əminik ki, təlim proqramı ilə bağlı təəssüratlarınızı UNESCO Katibliyi və digər Afrika ölkələrindən olan həmkarlarınız ilə bölüşəcəksiniz”.

Qeyd edək ki, proqramın əsas məqsədi Azərbaycanın Afrika ölkələri ilə UNESCO çərçivəsində mövcud olan əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi olduğundan iştirakçılar ölkəmizin mədəni irsi, tarixi, regiondakı mövqeyilə bağlı hərtərəfli məlumat əldə etmək üçün bir sıra dövlət qurumlarında nazirlərin iştirakı ilə keçirilən görüşlərdə olublar, paytaxtdakı müxtəlif tarixi yerləri və muzeyləri, eləcə də mədəniyyət paytaxtımız Şuşanı ziyarət ediblər.

Proqram çərçivəsində aprelin 4-ü Xarici işlər naziri Ceyhun Bayramovla görüşən iştirakçılar UNESCO çərçivəsində əməkdaşlıq gündəliyində duran məsələləri müzakirə ediblər.

Aprelin 5-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və komitənin sədr müavini Sevinc Fətəliyeva ilə görüşən baş katiblər Azərbaycan parlamentinin tərkibi, strukturu və fəaliyyəti barədə ətraflı məlumat əldə ediblər.

Aprelin 10-da elm və təhsil naziri Emin Əmrullayevlə görüşən iştirakçılar Azərbaycanın təhsilin bütün pillələri üzrə əlçatanlıq və keyfiyyətin təmin olunması istiqamətindəki təcrübəsi barədə məlumatlandırılıblar.

Təlim proqramının bağlanış mərasimində proqram iştirakçıları adından Kot d'İvuarın UNESCO üzrə Milli Komissiyasının baş katibi N'Golo Aboudou ADA Universitetinin rektoru, səfir Hafiz Paşayevə və Azərbaycan Respublikasının xarici işlər naziri, Azərbaycan Respublikasının Milli Komissiyasının prezidenti Ceyhun Bayramova sözügedən proqramın təşkilinə görə dərin təşəkkürlərini ifadə edib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol