Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən Sahil Məmmədova hökm oxunub və o, 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hadisə ötən ilin iyulunda paytaxtın Suraxanı rayonunda qeydə alınıb.
S.Məmmədova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
www.anews.az
Son xəbərlər 
Daha çox 























