• $
  • €
  • ₽
  • ₺
  • £

“LC Waikiki” azərbaycanlı müştərilər üçün rəsmi saytına blok qoydu - Ekspertlər nə deyir...

“LC Waikiki” azərbaycanlı müştərilər üçün rəsmi saytına blok qoydu - Ekspertlər nə deyir...
25.04.2023 16:17
Türkiyə brendi olan "LC Waikiki” Azərbaycanda müştərilər üçün girişi bloklayıb. Belə ki, Azərbaycanda yaşayan vətəndaşlar mağazanın online alış-veriş saytından sifariş etmək üçün mütləq qaydada VPN xidmətindən istifadə etməlidirlər. 

Azərbaycanda fəaliyyət göstərən "LC Waikiki” şəbəkəsinin piyar meneceri Mehriban Fətəliyeva anews.az-a açıqlamasında bildirib ki, bu mağazanın rəsmi qərarıdır. 

"Türkiyə rəsmi şəkildə bağlayıb. Səbəb göstərilmir. Amma mağazalara daha çox müştərinin cəlb olunması üçün belə bir addım atılıb. Biz Azərbaycanda bu qərara qarşı bilmərik. Sadəcə mağazanın rəsmi nümayəndəsiyik. Nə zamana kimi blokda qalması açıqlanmır”, - mağaza rəsmisi bildirib. 

Rəqəmsal İnkişaf və Rabitə Nazirliyindən məsələ cavab olaraq bildirilib ki, qurum tərəfindən bloklanma ilə bağlı hər hansı tədbir görülməyib. 

"Məsələnin nədən qaynaqlandığı ilə bağlı məlumatlı deyilik. Bloklanma bizim tərəfimizdən təsdiq edilməyib”, - açıqlamada qeyd olunub. 

Milli Məclisin İqtisadiyyat komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə bu həmin şəbəkənin verdiyi daxili qərarıdır.

"Hər hansı şirkət tərəfindən belə qadağaların müəyyənləşdirilməsi arzuolunan deyil. Nəzərə alsaq ki, hər bir şirkətin daxili qaydaları var, bu artıq özəl qurumun qəbul etdiyi qərardır. Bu qərarlara rəsmi səviyyədə müdaxilə etmək pratiki olaraq mümkün deyil. Yaxşı olardı ki, həmin şirkət Azərbaycan vətəndaşları üçün də online sifariş xidmətini aktivləşdirsin. Nəticədə hər bir müştərinin seçim imkanı olmalıdır. Özəl şirkət olduğu müdaxilə etmək olmur”, - deputat söyləyib. 


Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüsenov deyir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət qurumu məsələyə müdaxilə etməlidir.

"Online ticarət elə bir iş aparır ki, insanları daha çox özünə cəlb edir. Nəticədə online ticarət xidməti inkişaf etdikcə istehlakçıların hüquqları pozulur. Azərbaycanda bunun "əcaib" formalarını görə bilirik. "LC Waikiki” şəbəkəsinin bu cür addım atması çox təəccüb doğurur. Belə çıxır ki, şəbəkənin 2 qrupu var. Online satışa maraq göstərənlər və klassik satışın tərəfdarları. İsltehlakçılarla bağlı beynəlxalq sənədlərdə qeyd olunur ki, insanların seçim hüquqları var. Hesab edirəm tezliklə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət qurumu məsələyə müdaxilə etməlidir", - Hüseynov qeyd edib. 

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət qurumunun mövqeyini öyrənə bilmədik. 
 
Gülnar Nazimqızı 



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol