• $
  • €
  • ₽
  • ₺
  • £

Zamin Salayevin işi üzrə hazırlıq iclası keçirilib- Vəkil danışdı

Zamin Salayevin işi üzrə hazırlıq iclası keçirilib- Vəkil danışdı
03.05.2023 11:56
Çərşənbə axşamı Bakının Qaradağ Rayon Məhkəməsində hakim Rufan Mürsəlovun sədrliyi ilə Xalq Cəbhəsi Partiyasının Salyan təşkilatının sədri Zamin Salayevin işi üzrə hazırlıq iclası keçirilib. 
 
Bildirilir ki, məhkəmənin mahiyyəti üzrə dinləmələri mayın 11-nə təyin edib.
 
Salayevin vəkili Nemət Kərimli anews.az-a bildirib ki, Zamin artıq 85 gündür ki, aclıq aksiyası keçirir.
 
"Zamin Salayev məhkəməyə bildirib ki, ona qarşı açılan cinayət işi siyasi sifarişdir və o buna görə artıq 85 gündür aclıq edir. Hakim istintaq müddəti yekunlaşdıqdan sonra həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatəti qəbul etməmişdi. Biz buna etiraz etdik. Təbii ki, təmin edilmədi. Həbsin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatət verildi. Həmin vəsatət də təmin olunmadı. Hal-hazırda da Zaminin səhhəti çox pisdir. O, həddindən artıq arıqlayıb. Hətta hərəkət etmək də belə çətinlik çəkir. Amma buna baxmayaraq o mübarizəsini davam etdirmək fikrindədir”, - vəkil bildirib.
 
Daha əvvəl Zamin Salayev 2020-ci il aprelin 20-də CM-in 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə 2 il 3 ay azadlıqdan məhrum edilib. O, Salyan Rayon Polis İdarəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti əsasında cəzalandırılıb.

Salayev həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə adıçəkilən polis əməkdaşıyla mübahisəsinin videosunu yaymışdı. Həmin videoda cəbhəçi fəal Əzizovu rayonda yaşayan qadına qarşı təcavüzə görə ittiham edib.

Video yayılandan sonra Salayev inzibati qaydada 30 günlük həbs olundu. O, həmin vaxt saxlanılarkən işgəncəyə məruz qaldığını, nəticədə səhhətində ciddi problemlər yarandığını bəyan edib.

Ardından polis əməkdaşı Salyan Rayon Məhkəməsində ona qarşı xüsusi ittiham qaydasında iddia qaldıraraq həbsini tələb edib.
 
Salayev hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.
 
Eltac Nurullazadə
 
 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol