• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı metrosunda təhlükəsizlik necə təmin olunur? - Sakinlər narazı, ekspertlər isə razıdır

Bakı metrosunda təhlükəsizlik necə təmin olunur? - Sakinlər narazı, ekspertlər isə razıdır
11.05.2023 09:00
Bir çox ölkələrdə metrolarda, insanların sıx toplaşdığı yerlərdə terror hadisələrinə rast gəlinir. Terror təhlükəsinin olması səbəbindən Azərbaycan polisi bir çox strateji əhəmiyyətli obyektlərdə yoxlamalar aparır.  

Bəs görəsən bu yoxlamalar nə dərəcədə keyfiyyətli həyata keçirilir,  metrolarda, ictimai yerlərdə təhlükəsizliyi təmin etmək üçün yetərli iş aparılırmı?
 
Bakı sakini Eltun Mirzəliyev təhlükəsizliyin təmin edilməsi səviyyəsindən narazıdır. Onun fikrincə, metro stansiyalarında yalnız əl çantaları yoxlanılır,  insanların üzərində baxış keçirilmir. Mirzəliyev hesab edir ki, əl çantalarının yoxlanmasına da polis çox diqqətsiz yanaşır. 
 
"Metrolara girişdə əlində detektorlar dayanan polis insanların əlində olan çantaları yoxlayır. O da heç doğru düzgün yoxlanılmır. Çünki aparatlar işləmir. Yaxşı olardı ki, metroya daxil olan insanların üzərində olan hər bir şey  xüsusi aparatlarla yoxlanılsın",- Eltun Mirzəliyev bildirib.
 
Adının anonim saxlanmasını istəyən digər sakin söyləyir ki, nəzarətçi polislər öz işləri ilə məşğul  olur metroya daxil olanlara fikir vermirlər.
 
"Mən "20 Yanvar" metrostansiyasına daxil olanda əlimdəki çantaya fikir vermədilər. Mən onlara irad bildirdim ki, bəlkə çantada bomba var,  niyə baxmırsız? bu sözümdən sonra polis ayağa qalxıb, yoxlama apardı",- vətəndaş vurğulayıb.

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev isə  hesab edir ki, son zamanlar Azərbaycanda metrolar daha ciddi yoxlanılır.
 
"Metro məsələsi digər ölkələrdə olduğu kimi Azərbaycanda da həssas məsələdir. Metrodan 100 minlərlə insan istifadə edir. Metro stansiyası əraziləri həmişə ön planda olub, nəinki bizdə bütün ölkələrdə buna ciddi yanaşılır. Bizdə də vətəndaşların çantaları yoxlanılır, baxış keçirilir. Hesab edirəm ki, son zamanlar daha ciddi yanaşılır. Yaxşı olardı ki, texnologiyanın imkanlarından Azərbaycan da istifadə etsin. Bu daha da faydalı olar. Digər ölkələrdə girişdə qapı detektorlar vasitəsilə yoxlanılır. Ancaq elə ölkələr də var ki, yeni texnologiyalardan istifadə etməklə üz tanıma kameralarından istifadə edilir. Eyni zamanda içəriyə daxil olması qadağan edilən vasitələrə yoxlama aparılır'', - ekspert əlavə edib. 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Hikmət Babaoğlu deyir ki, ictimai mühafizəsi zəruri olan, vətəndaşların kütləvi istifadə etdiyi yerlərdə nəzarət edən polislər ayıq-sayıq olmalıdırlar.
 
"Azərbaycanda əvvəllər baş vermiş terror aktlarına bir neçə dəfə şahidlik etmişik, eyni zamanda təhsil müəssisələrində terror hadisələri baş verib. Biz deyə bilmərik ki, Ermənistan bizə qarşı terror aktı edə bilməz. İctimai mühafizəsi zəruri olan, vətəndaşların kütləvi istifadə etdiyi yerlərdə polislər ayıq olmalıdırlar. Eyni zamanda alış-veriş mərkəzləri, metrolar, insanların çox olduğu yerlərdə müvafiq texniki avadanlıqlarla təmin olunmalıdır. Əgər bunun üçün qanunların qəbul edilməsi zərurəti varsa, qəbul edə bilərik. Mövcud qanunlarımız çərçivəsində zəruri tədbirləri həyata keçirsək, buna ehtiyac qalmayacaq.  Düşünürəm ki, metro keçidlərində təhlükələri,  qanunla qadağan olunan partlayıcı maddələri aşkar edəcək Ukraynada istifadə olunan  aparatlar quraşdırılmalıdır",- deputat əlavə edib.
 
1994-cü il martın 19-da Bakı metropolitenin "20 Yanvar" stansiyasında törədilmiş partlayış nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb. Məhkəmə terror aksiyasını Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlandığını, separatçı "Sadval" ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirdiyini bildirib.  
 
1994-cü il iyulun 3-də Bakı Metropoliteninin "28 May” və "Gənclik” stansiyalarının arasında qatarda partlayış törədilib. Bu hadisədə 13 nəfər həlak olub, 42 nəfər yaralanıb. Azərbaycanın hüquq-mühafizə orqanları bu hadisəni də Ermənistanın xüsusi xidmət orqanlarının təşkil etdiyini müəyyənləşdirib.

Bakı Metropolitenində ən böyük insan itkisi isə 1995-ci il oktyabrın 28-də baş verib. Həmin gün metronun "Ulduz” və "Nərimanov” stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 289 adam həlak olub, 270 nəfər isə xəsarət alıb.
 
"20 Yanvar" metro stansiyasında partlayışın törədilməsində ittiham olunan və Ermənistanda xüsusi terror-təxribat hazırlığı keçmiş 30 sadvalçı cinayət məsuliyyətinə cəlb edilib. 
 
2022-ci ildə Bakı metrosunda 208 milyon 696 min 44 sərnişin daşınıb. Bunun 202 milyon 499 min 638 nəfəri ödənişli sərnişinlər olub. İl ərzində orta hesabla gündəlik sərnişindaşıma 571 min 770 nəfər təşkil edib. 
 
İstiqamət:6.3.3. insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi
mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması;
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb. 
 
 
 

Aytac Zeynalova

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol