Cari ilin dörd ayında 16,6 min şəxsə əlillik təyin edilib

Cari ilin yanvar-aprelində 16,6 min şəxsə əlillik təyin edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi məlumat yayıb.
Bildirilir ki, 7,8 mininə ilkin, 8,8 mininə isə təkrar əlillik təyinatı aparılıb.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2022-ci ildə 46,5 min şəxsə əlillik təyin edilib.
Nazirliyin xəbərinə görə, onlardan 15,2 mininə ilkin, 31,3 mininə isə təkrar əlillik təyinatı aparılıb.
Nazirliyin xəbərinə görə, onlardan 15,2 mininə ilkin, 31,3 mininə isə təkrar əlillik təyinatı aparılıb.
Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisələrinin e-sistemə daxil etdiyi göndərişlər əsasında aparılır. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.
Aytac
www.anews.az
Son xəbərlər 
Daha çox 























