• $
  • €
  • ₽
  • ₺
  • £

Son 5 ildə əlillik təyin edilən şəxslərin sayı açıqlanıb

Son 5 ildə əlillik təyin edilən şəxslərin sayı açıqlanıb
26.05.2023 10:43
Son beş ildə Azərbaycanda 231 min şəxsə əlillik təyin edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

2018-ci ildən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 12 reabilitasiya mərkəzi müasir avadanlıqlarla təchiz edilib. 
 
Bildirilir ki, 100 min şəxsə reabilitasiya xidmətləri göstərilib, əlilliyi olan şəxslərə 240 min reabilitasiya vasitəsi, o cümlədən 431 son nəsil yüksək texnologiyalı protez verilib.
 
2023-ci ilin birinci rübündə əlilliyi olan 20,1 min şəxsə reabilitasiya xidmətləri göstərilib. 
 
Həmin dövr ərzində əlilliyi olan 4499 şəxs 26219 reabilitasiya vasitəsi ilə təmin edilib.
 
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2022-ci ildə 46,5 min şəxsə əlillik təyin edilib.

Nazirliyin xəbərinə görə, onlardan 15,2 mininə ilkin, 31,3 mininə isə təkrar əlillik təyinatı aparılıb.

Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisələrinin e-sistemə daxil etdiyi göndərişlər əsasında aparılır. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.
 
Postmüharibə dövründə müharibə ilə əlaqədar əlilliyi olan 2650-dək şəxs həmin müəssisələrdə reabilitasiya xidmətləri, 1750 şəxs isə 29054 reabilitasiya vasitəsi ilə təmin olunub. Həmçinin 2020-ci ilin dekabrından müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin son nəsil protezlə təminatına başlanıb və artıq 376 hərbçinin 391 son nəsil protezlə təminatı həyata keçirilib.
 
Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə Vətən müharibəsindən sonra 4100-ə yaxın, ümumilikdə ötən dövrdə 13 mindən çox mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 300-dən çox, ümumilikdə ötən dövrdə 7500-dən artıq avtomobil verilib.
 
Aytac Zeynalova
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol