Azərbaycanda sabahdan əcnəbilərin qoruq və muzeylərə giriş qiyməti dəyişəcək

İyunun 1-dən etibarən Dövlət Turizm Agentliyinin tabeliyindəki bəzi qoruq və muzeylərə əcnəbi vətəndaşlar üçün giriş qiymətlərində dəyişikliklər tətbiq ediləcək.
Sabahdan xarici ölkə vətəndaşları üçün "Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq qoruğu, "Yuxarı Baş” Milli Tarix-Memarlıq qoruğu, "Kiş” Tarix-Memarlıq qoruğu və "Diri Baba” türbəsinə giriş qiyməti əcnəbilər üçün 9 AZN təyin edilib.
"Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu və "Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu üçün kombinə olunmuş biletin qiyməti isə 15 AZN olacaq.
Eyni zamanda, bu qoruqlarda xarici dillərdə bələdçi xidmətinin qiyməti 10 AZN olaraq müəyyənləşdirilib.
www.anews.az
Son xəbərlər 
Daha çox 























