• $
  • €
  • ₽
  • ₺
  • £

Finlandiya 9 rus diplomatı deportasiya etdi

Finlandiya 9 rus diplomatı deportasiya etdi
07.06.2023 11:41
Finlandiya Rusiyanın 9 diplomatını deportasiya edib.

Bu barədə Finlandiya Prezidentinin mövcud hadisələri müzakirə etmək üçün Nazirlər Şurası ilə bir araya gəldiyi iclasda qərar verilib.

Rusiya-Ukrayna müharibəsi və Avropadakı mövcud təhlükəsizlik vəziyyətinin müzakirə edildiyi bildirilən iclasın bəyanatında aşağıdakılar qeyd olunub.

"Prezident və Xarici İşlər və Təhlükəsizlik Siyasəti Nazirlər Komitəsi Rusiyanın Ukraynaya müdaxiləsini və Avropadakı mövcud təhlükəsizlik vəziyyətini də müzakirə ediblər. Prezident və Nazirlər Şurası Kaxovskaya bəndinin dağılmasını humanitar və ekoloji fəlakət kimi pisləyir. Anbarın partlaması o deməkdir ki, Ukraynada müharibə dinc əhaliyə və ətraf mühitə külli miqdarda ziyan vurmaqla yeni formada inkişaf edir. Finlandiyanın Moskvadakı səfirliyində çalışan doqquz kəşfiyyat əməkdaşının deportasiyası da razılaşdırılıb. Onların hərəkətləri Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasını pozur. Xarici İşlər Nazirliyi məsələ ilə bağlı Rusiya səfirini məlumatlandıracaq”.

Finlandiya Xarici İşlər Nazirliyi də Tvitter hesabında paylaşıb ki, iyunun 6-da Rusiyanın müvəqqəti işlər vəkilinə zəng edilib və səfirlikdə çalışan və kəşfiyyatçı kimi tanınan 9 nəfərin deportasiya edildiyi bildirilib.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol