• $
  • €
  • ₽
  • ₺
  • £

300 manat bir həftəlik yaşayışa bəs edir- Vahid Əhmədov

300 manat bir həftəlik yaşayışa bəs edir- Vahid Əhmədov
07.06.2023 12:33
300 manat adamın bir həftəlik yaşayışına bəs edir. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında deputat Vahid Əhmədov deyib. 
 
"Regionlarda işsizlik ciddi problemdir. Maraqlıdır dövlət büdcəsində işsizliklə əlaqədar nə qədər işlər görülüb. Rayonlarda iş yerləri yoxdur. Bununla bağlı İqtisadiyyat Naziri Mikayıl Cabbarova da müraciət etdim. Rayonlarda ən azı 1 milyon manat civarında emal zavodları açmaq olar. Camaatın həyatını yaxşılaşdırmaq istəyiriksə onlara iş verməliyik. 300 manat adamın 1 həftəlik yaşayışına bəs edir”, - deputat vurğulayıb.
 
Millət vəkili dərman  və ərzaq qiymətlərinin də diqqət saxlanılmasının vacibliyini vurğulayıb. 
 
"Əhalini dərman və ərzaq qiymətlərini nəzərə almalıyıq. Əmək haqqlarının 10% artırılması gözlənilir. Amma bu artım sadəcə inflyasiya qarşısında balansı bərpa edir. İqtisadiyyat Nazirliyi ciddi monitorinqlər aparmalıdır. Mərkəzi Bank inflyasiya pronozunu 8,3%, hökumət isə 10,4% proqnozlaşdırır. Bu iki rəqəm arasında reallıq nə qədərdir? – deputat bildirib. 
 
2022-ci ilin rəsmi rəqəmlərinə görə ərzaq qiymətləri 20%, dərman qiymətləri isə 40% üzərində bahalaşıb. 
 
Gülnar Nazimqızı

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol