• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynada Su Elektrik Stansiyasının dağıdılması əkin sahələrinı səhraya çevirə bilər

Ukraynada Su Elektrik Stansiyasının dağıdılması əkin sahələrinı səhraya çevirə bilər
07.06.2023 17:29
Xerson vilayətində (Ukrayna) rusiyalı terrorçuların Kaxovskaya su elektrik stansiyasında törətdiyi terror aktı nəticəsində Ukraynanın sağ sahilində təxminən 10 min hektar kənd təsərrüfatı sahəsini su basması təhlükəsi ilə üzləşib. Bu cür məyusedici ilkin hesablamalar Ukraynanın Aqrar Siyasət və Qida Nazirliyi tərəfindən dərc edilib.

Hazırda işğal altında olan rayonun sol sahilində bir neçə dəfə çox kənd təsərrüfatı torpaqları su altında qalacaq. Aqrar Siyasət Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, daşqının miqyası ilə bağlı məlumat və görüntülər təhlil edildikdən sonra ətraflı məlumat yaxın günlərdə məlum olacaq. Bu barədə Aqrar Siiyasət Nazirliyinin məlumatında qeyd olunub. 

"Texnogen fəlakət Dnepropetrovsk, Xerson və Zaporojye vilayətlərinin tarlalarında 31 suvarma sisteminin su təchizatını dayandıracaq. 2021-ci ildə bu sistemlər 584 min hektar ərazinin suvarılmasını təmin edib, ondan 4 milyon tona yaxın taxıl və yağlı bitkilər, təxminən 1,5 milyard ABŞ dolları dəyərində məhsul götürülüb.2023-cü ildə Dnepr çayının sağ sahilində cəmi 13 suvarma sistemi fəaliyyət göstərir. Kaxovskaya SES-də törədilən terror aktı faktiki olaraq Xersonda suvarma sistemlərinin 94%-ni, Zaporojyedə 74%-ni və Dnepropetrovsk vilayətlərində 30%-ni su mənbəyindən məhrum edib”, - nazirliyin bəyanatında deyilir.


Aqrar Siyasət Nazirliyinin məlumatına görə, Kaxovka SES-in dağıdılması ona gətirib çıxaracaq ki, gələn il Ukraynanın cənubundakı əkin sahələri səhraya çevrilə bilər. Kaxovka su anbarı olmasa, təkcə fermerlər və su istifadəçiləri deyil, yaşayış məntəqələrinin içməli su təchizatı mənbələri də əziyyət çəkəcək.

Kaxovskaya su elektrik stansiyasının dağıdılmasının dəhşətli nəticələri balıq sənayesi üçün də olacaq. Balıqların həm gənc, həm də böyüklərin ölümü artıq qeydə alınıb. Bundan əlavə, Kaxovskaya SES-in bəndinin altında əmələ gələn su basqınlarına su axını ilə daşınan su anbarının faunası da öləcək.

Digər problem Qara dənizin duzlu suyuna şirin su balıqlarının və digər bioloji resursların daxil olması və tələf olması olacaq. Öz növbəsində, Qara dəniz faunası da kütləvi şirin su axınından ölə bilər.

Kaxovskaya SES-in dağıdılması nəticəsində balıqçılıq sənayesinə yalnız böyüklərin ölümündən dəyən ziyan 95 min tona və ya təxminən 4 milyard UAH-a çata bilər. Ümumilikdə, ilkin hesablamalara görə, bütün bioloji resursların tələf olması nəticəsində dəymiş ziyan 10,5 milyard UAH təşkil edəcək”, - məlumatda deyilir.


Aqrar Siyasət Nazirliyi qeyd edir ki, Kaxovka su anbarının yatağı yaxın vaxtlarda doldurulsa belə, su bioresurslarının dağıdılmasının mənfi nəticələri bir neçə il ardıcıl olaraq izləniləcək. Balıq populyasiyalarının kəmiyyət və keyfiyyət tərkibi bərpa olunduqdan sonra dib yem senozlarının bərpası çox vaxt tələb edir.

Nazirlik bütün məlumatların yalnız ilkin hesablamalara əsasən verildiyini vurğulayıb. Yekun nəticələr yalnız suyun səviyyəsi sabitləşdikdə çıxarıla bilər.
 
Gülnar 





www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol