Bəzi bölgələrdə güclü külək əsib, dolu düşüb - Faktiki hava

İyunun 14-ü saat 21:00-a olan faktiki hava açıqlanıb.
Saat 21:00-a olan məlumatına əsasən Naxçıvan, Ordubad, Daşkəsən, Gədəbəy, Göygöl, Ağdam, Qəbələ, Şəki, Quba, Qusar, Tərtər, Bərdə, Yevlax, Zərdab, İmişli, Ləzə, Şahdağ, Qrız, Neftçala, Salyan, İsmayıllı, Kürdəmir, Şamaxı, Sabirabad, Cəfərxan, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Cənub-qərb küləyi arabir Salyanda 18 m/s-dək güclənib.
İsmayıllı rayonunda saat 17:29-17:30 radələrində diametri 0.5 mm olan dolu düşüb.
www.anews.az
Son xəbərlər 
Daha çox 























