• $
  • €
  • ₽
  • ₺
  • £

Elektrik avtomobillərinin sayı artır, enerji doldurma məntəqələri isə yoxdur

Elektrik avtomobillərinin sayı artır, enerji doldurma məntəqələri isə yoxdur
19.06.2023 17:21
2023-cü ilin yanvar-martında Azərbaycana ümumilikdə 314 milyon 994 min dollar dəyərində 20 799 ədəd avtomobil idxal olub. 2022-ci ilin yanvar-martı ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 21,6% və ya 3 697 ədəd artıb. İdxal olunan elektrik mühərrikilə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,8 dəfə və ya 338 ədəd  artıb. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat verib.
 

Energetika Nazirliyinin rəsmisi Rauf Qurbanov bildirib ki, indiyədək Azərbaycanda elektrik avtomobilləri üçün 33 enerji doldurma məntəqəsi quraşdırılıb.

Bu məntəqələrin 22-i Bakıda quraşdırılıb. Bölgələrdə isə Gəncədə, Qubada və Kürdəmirdə enerji doldurma məntəqələri fəaliyyət göstərir.
 
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayevin sözlərinə görə, Azərbaycanda bu sahə üzrə infrastruktur yox səviyyəsindədir.
 
"Ölkədə bu sahədə addımların atılmadığını görürük. Bakı şəhərində cəmi bir neçə ədəd yükləmə məntəqəsi var. Bu avadanlıq kifayət qədər bahalı avadanlıqdır və o qədər də gəlir gətirən bir sahə deyil. Ona görə də, şirkətlər bu məsələdə maraqlı olmurlar. Hər kəsin yaşadığı evdə şəraiti yoxdur ki, avtomobilini elektiriklə yükləsin. Sözü gedən sahəyə müəyyən dəstək lazımdır. Bu infrastrukturu yaratmaq üçün tədbirlər planı hazırlanmalı və yaxud dövlət proqramı olmalıdır ki, hər bir müəssisə, təşkilat, restoran və yol kənarı obyektlər bu xidməti özlərində təşkil etsinlər. Onlara müəyyən güzəştli şərtlərlə bu məntəqələr verilsə, bu xidmət onlar tərəfindən qarşılanar. Burada şirkət özü də xeyir götürdüyünə görə, bu işdə maraqlı ola bilər”, - ekspert bildirib.
 
2015 ci ildə "GreenCar” MMC, "Azərişıq” ASC və İDEA İctimai Birliyinin birlikdə həyata keçirdiyi layihə çərçivəsində Bakının müxtəlif yerlərində müasir texnoloji vasitələrlə və xüsusi proqramlarla təmin olunan enerji doldurma cihazlarının quraşdırılması planlaşdırılıb.
 
Bu layihələrin əsas məqsədi ən son texnoloji yeniliklərin Azərbaycana gətirilməsi, ətraf mühitin innovativ metodlarla qorunmasına xidmət etmək, bununla da ölkə ərazisində ətraf mühitin mühafizəsi və sağlam ekoloji mühitin yaradılmasına dəstək verməkdir.
 
Bu şirkətlərlə əlaqə saxlamağa çalışdıq. Bəlli oldu ki, "GreenCar” MMC öz internet səhifəsi və sosial mediada olan hesablarını durdurub. Bu şirkətə məxsus telefon nömrələri də işləmir.  
"Azərişıq” ASC mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu isə bildirib ki, ASC bu layihə çərçivəsində yalnız stansiyalara elektrik vermək öhdəliyi götürüb.
 
İDEA İctimai Birliyinin mətbuat xidmətindən isə  qurum rəhbərinin məlumat  vermək üçün bizə dönəcəyini bildirdilər.  Qurumun açıqlaması daxil olduğu təqdirdə məsələyə yenidən qayıdacağıq. 
 
Eltac Nurullazadə
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol