• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıdan Naxçıvana uçuşların həyata keçirilməsi qeyri-müəyyən müddətə təxirə salınıb - AZAL

Bakıdan Naxçıvana uçuşların həyata keçirilməsi qeyri-müəyyən müddətə təxirə salınıb - AZAL
22.06.2023 23:37

Ölkə ərazisində müşahidə olunan əlverişsiz hava şəraiti "Azərbaycan Hava Yolları” QSC-nin Naxçıvan istiqamətində uçuşlarının cədvəlinə təsir etməkdə davam edir.

Əlverişsiz hava şəraiti ilə əlaqədar Bakıdan Naxçıvana uçuşların həyata keçirilməsi qeyri-müəyyən müddətə təxirə salınıb.
 
Bu barədə Azaldan bildirilib.

AZAL gecikmiş reyslərin sərnişinlərindən aviaşirkətin rəsmi sosial şəbəkə hesablarında və KİV-lərdə son məlumatları izləmələrini və ya əlavə məlumat üçün [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamaqlarını xahiş edir.

Aviaşirkət Naxçıvanda əlverişsiz hava şəraiti səbəbindən uçuşları təxirə salınan sərnişinlərə bu vəziyyətlə əlaqədar anlayış və səbir nümayiş etdirmələrini tövsiyə edir.

Aviaşirkətin qaydalarına əsasən, gecikmiş reyslərin sərnişinləri zəruri vasitələrlə, o cümlədən içki və qidalanma ilə təmin olunacaqlar.

Uçuşların təhlükəsizliyi, sərnişinlərin və ekipaj üzvlərinin rifahı AZAL üçün hər zaman ən yüksək prioritetdir. Buna görə də uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə bütün reyslər yalnız əlverişli hava şəraitində həyata keçiriləcək.







www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol