• $
  • €
  • ₽
  • ₺
  • £

Qiymətlərin bahalaşması kasıb təbəqəyə pis təsir edir - Razi Nurullayev

Qiymətlərin bahalaşması kasıb təbəqəyə pis təsir edir - Razi Nurullayev
23.06.2023 13:37
Bazarda qiymətlərin baha olması ilə bağlı mübarizə aparılmasına baxmayaraq qiymətlərdə ucuzlaşma yoxdur, bu da əhalinin kasıb hissəsini bir az da pis hala salır. Bunu deputat Razi Nurullayev deyib.
 
"Bahalaşma dünyada baş verən proseslərlə bağlıdır. Nə qədər mübarizə aparılmasına baxmayaraq enmə yox, bahalıq görürük. Bu da əhalinin sosial təminatı aşağı olan insanlara pis təsir edir. Təklif edirəm ki, ölkəyə idxal edilən məhsulların qiyməti aşağı endirilsin və kefiyyətli məhsulları müəyyən etmək üçün işlər görülsün. Aidiyyatı dövlət qurumlarının xarici ölkələrə nümayəndələri ezam oluna bilər ki, onlar bu sahədə araşdırma və danışıqlar aparsın", - deputat iyunun 23-də Milli Məclisin iclasında çıxışı zamanı deyib. 
 
Deputat həmçinin təklif edib ki, xarici ölkələrdə olduğu kimi Azərbaycanda da dövlət tərəfindən himayə olunan və dəstək verilən ucuz supermarketlərin həm hər bir rayonda, həm də şəhərlərdə açılmalıdır. 
 
"Belə supermarketləri bir çox xarici ölkələrdə görmüşəm. Başa düşürəm ki, həmin marketlərə bütün əhali axışa bilər. Onun üçün də xüsusi siyahının hazırlanması və həmin adamlara buraxılış kimi bir sənədin verilməsi mümkündür. Bu siyahı Əmək və əhalinin sosial müdafiəsi nazirliyində var. Əlavə olaraq, rayon icra hakimiyyətlərində də ərzaq yardımı verilən, kasıb əhalinin siyahısı var", - deputat vurğulayıb. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol