• $
  • €
  • ₽
  • ₺
  • £

65 yaşı tamam olacaq müəllimlər ilə bağlı yeni mexanizmlər

65 yaşı tamam olacaq müəllimlər ilə bağlı yeni mexanizmlər
02.07.2023 11:15
Sertifikasiya ilə bağlı bizə ünvanlanan suallardan biri də 60 yaşı tamam olan müəllimlərimizin imtahanlarda iştirakının mümkünlüyü ilə bağlıdır.

Bu barədə Millət Vəkili Vüqar Bayramov məlumat verib.
 
Qanunvericiliyə edilən və Milli Məclisdə qəbul olunan dəyişikliklərə görə 60 yaşı tamam olan təhsil işçilərinin imtahanlarda iştirakı könüllüdür.

Bu o deməkdir ki, 60 yaş tamam olan müəllimlərin sertifkasiyada iştirak etməmək hüququ var. Yəni, həmin yaşda olan müəllimimiz məcburi şəkildə sertifikasiya imtahanına cəlb oluna bilməz. Amma bu heç də onların imtahanlarda iştirak hüququnu məhdudlaşdırmır. Yəni, mövcud qanunverilciyə edilən dəyişiklik 60 yaşı tamam olan sertifikasiyada iştirak edərək əmək haqqlarını artırmaq istəyən müəllimlərə imtahanda iştirak hüqiqu verir. Məsələn, əgər müəllimizin 60 yaşı tamam olubsa və o imtahanda iştirak edərək əmək haqqı artımları ilə bağlı faizlərdən faydalanmaq istəyirsə o halda onun bu hüququ məhdudlaşdırıla bilməz.

Eyni zamanda, təklif edirik ki, 60 yaşı tamam olmuş və sertifikasiyada iştirak edərək yüksək bal toplayan müəllimlərin 65 yaşı tamam olduqdan sonra onlara daha uzun müddət işləmək hüququ verilsin. Aydındır ki, gənc müəllimlərin işlə təmin olunması priortitetdir. Bununla belə, pensiya yaşı tamam olduqdan sonra peşəkar və sertifikasiya imtahan balları yüksək olan müəllimlərin təhsil sistemində saxlanılması və onların biliklərindən istifadə olunması da vacibdir. Bu baxımdan, 60 yaşı tamam olan və sertifikasiya imtahan balları yüksək müəllimlərə 65 yaşdan sonra pedoqoji fəaliyyətini davam etdirmək imkanın verilməsi məqsədəuyğundur.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol