• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın müasir seysmoloji xəritəsi niyə yoxdur?

Azərbaycanın müasir seysmoloji xəritəsi niyə yoxdur?
05.07.2023 18:36
Azərbaycanın seysmoloji xidməti tərəfindən ölkənin müasir tələblərə cavab verən seysmoloji xəritəsi hazırlanmayıb. Bunu ekoloq Telman Zeynalov bildirib. 

"Azərbaycanda elmi məhv ediblər. Bu yaxınlarda prezidentin sərəncamı ilə bütün elmi ocaqları özünümaliyyələşdirmə sisteminə keçirilib. Çox maraqlıdır ki, bunları kim maliyyələşdirəcək. Müasir tələblərə cavab verən seysmoloji xəritələrin hazırlanması seysmoloji xidmət tərəfindən həyata keçirilir. Bunu da həyata keçirmək üçün avadanlıqlar olmalıdır və onların vasitəsi ilə yerin səthi, həmçinin dənizin dibi öyrənilməlidir. Bu avadanlıqlarda onların əlində yoxdur. Ona görə hələ də bu xəritələr hazırlanmayıb. Bu avadanlıqları da almaq üçün dövlət tərəfindən maliyyə ayrılmalıdır. Amma çox təəssüf ki, bu maliyyə ayrılmır, yalnız kommersiyaya pul ayrılır. Bu avadanlıqlar olmadığına görə, bakıda tikilən binalara seysmoloji xidmət tərəfindən əvvəlcədən verilən rəylər də mənasızdır. Bu da onu deməyə imkan verir ki, Bakıda tikilən binalar güclü zəlzələyə hazır deyil. Hal-hazırda Azərbaycan güclü zəlzələ zonasındadır, çünki Qafqaz dağları ən cavan dağlardır və hələ tam formalaşmayıblar. Ona görə də orada istənilən vaxt zəlzələ baş verə bilər”, - seysmoloq bildirib.
 
Seysmoloq Ənvər Əliyev isə indiki vaxtda müasir xəritənin hazırlanmasını mümkünsüz hesab edir.
 
"Əslində yeni xəritə hazırlanıb,  amma məsələ burasındadır ki, o xəritə biraz əvvələ aid xəritədir. Əgər bir ölkənin ərazisinin 20 faizi nəzarətsiz qalıbsa, onun mükəmməl və müasir tələblərə uyğun xəritəsini hazırlamaq mümkün deyil. Çünki, o xəritəni tərtib etmək üçün orada mütləq seysmoloji stansiyalar quraşdırılmalıdır ki, mükəmməl informasiya əldə etmək mümkün olsun. Amma təəssüf ki, bu hələ mümkün deyil. Məndə olan məlumatlara görə bu işi həyata keçirmək üçün cihazlar alınıb. Amma bizim ərazilərimiz tam nəzarətə keçməsə və orada mükəmməl seysmoloji stansiyalar quraşdırılmasa, tələb olunan yüksək səviyyəli xəritəni hazırlamaq çətin olacaq. Xəritə aparılmış tədqiqatların nəticəsində yaranır. Yəni tədqiqat nə qədər mükəmməl olarsa, xəritədə bir o qədər keyfiyyətli olur. Azərbaycanda tikilən binaların konstrukiyasında, məsafələrin qorunmasında,  və digər detallar da dünya standartlarına, iri şəhərlərin şəhərsalma qaydalarına uyğun olsa, istənilən zəlzələdən heç bir dağıntısız və ziyansız çıxmaq olar. Xüsusilədə Bakı kimi güclü seysmik zonada olmayan şəhərdə bunu rahatlıqla söyləmək olar. Hal-hazırda son xəritədə də göründüyü kimi bakı güclü zəlzələ zonasında yerləşmir. Ümumiyyətlə Bakı şəhəri aktiv və dağıdıcı, eyni zamanda həddindən çox insan tələfatına səbəb olan zəlzələlərin siyahısında yoxdur”, - o vurğulayıb.
 
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli də Xəzər dənizində baş vermiş zəlzələyə dair keçirilən mətbuat konfransında bildirib ki, Azərbaycanın müasir tələblərə cavab verən seysmoloji xəritəsi yoxdur. 
 
Onun sözlərinə görə, Azərbaycanda bu xəritə ən son 1957-ci ildə olub.
 
Bu xəritənin hazırlanması iyulun 4-də saat 00:01-də Xəzər dənizində yerin 20 km dərinliydə maqnitudası 5.7 bala bərabər zəlzələ baş verəndən sonra aktuallaşıb.  

Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatında bildirilir ki, təkanların episentri Xaçmaz rayonunun 80 kilometrliyində olub.
 
Yeraltı təkanlar Azərbaycanın bir sıra rayonlarında, o cümlədən paytaxt Bakıda hiss olunub. 
 
Fövqəladə Hallar Nazirliyi zəlzələ ilə əlaqədar olaraq hər-hansı bir dağıntı və təlafatın olmadığını bildirib.
 
Eltac Nurullazadə 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol