• $
  • €
  • ₽
  • ₺
  • £

Müəllim olmaq istəyənlərin çoxu Bakı və Sumqayıtı seçir

Müəllim olmaq istəyənlərin çoxu Bakı və Sumqayıtı seçir
10.07.2023 17:27
Ötən ildən tətbiq olunan belə bir qayda var ki, əgər bir müəllim öz fəaliyyətinə ucqar məktəbdə başlayarsa və bu fəaliyyət 3 il davam edərsə, o növbəti yerdəyişmə, yaxud MİQ imtahanlarında 1.05 ballıq əlavə əmsal qazanmış olur. Bunu İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib.

Onun sözlərinə görə, namizədlərin çoxu Bakı və Sumqayıt ərazilərinə maraq göstərsələr də, get-gedə bölgələrdə də müəllim işləmək istəyənlərin sayı artır. 

"Demək olmaz ki, müəllimlər sırf Bakı və Sumqayıt bölgələrində çalışmaq istəyirlər. Bu fənnə, bölməyə və bölgəyə müvafiq olaraq dəyişir. Digər tərəfdən də vakant yerlərin sayı da burada önəmli rol oynayır. Digər bir məsələ ilə müəllimlərin balına əlavə olunan əmsalla bağlıdır. Ötən ildən tətbiq olunan belə bir qayda var ki, əgər bir müəllim öz fəaliyyətinə uzaq məktəbdə başlayarsa və bu fəaliyyət 3 il davam edərsə, o növbəti yerdəyişmə, yaxud Müəllimlərin işə qəbuku imtahanlarında 1.05 ballıq əlavə əmsal qazanmış olur. Bu müddət 3 ildən çoxdursa, bu əmsalların sayı  1.1 olur.  Bu da namizədlərin seçiminə təsir göstərir. Həmçinin bu addım regionlarda müəllim sayının artırılması üçün  önəmli addımlardan biridir", - o bildirib.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları 11-15 iyul tarixlərində 13 şəhərdə 29 imtahan mərkəzində keçiriləcək.

Eltac

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol