Azərbaycan-İran Müştərək Texniki Komissiyasının iclası başlayıb

"Ordubad” və "Marazad” su elektrik stansiyalarının tikintisi üzrə yaradılan Azərbaycan-İran Müştərək Texniki Komissiyasının iclası başlayıb.
Bu barədə "Report”un Naxçıvan bürosu məlumat verib.
Hazırda Azərbaycan nümayəndə heyəti toplantıda iştirak etmək üçün İranda səfərdədir.
Nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı idarəsinin rəisi Vüsal Ələkbərli, Naxçıvan Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev və digər rəsmi şəxslər daxildir.
www.anews.az
Son xəbərlər 
Daha çox 























