• $
  • €
  • ₽
  • ₺
  • £

Anderrayteri “Unicapital” ASC olan VMF MMC istiqrazlarının hərracı keçirilir

Anderrayteri “Unicapital” ASC olan VMF MMC istiqrazlarının hərracı keçirilir
12.07.2023 12:57
19 iyul 2023-cü il tarixində VMF MMC-nin tədavül müddəti 18 ay, nominal dəyəri 100 manat, illik faiz dərəcəsi 13%, faiz ödəniş dövrü isə hər 3 aydan bir təşkil edən, 1 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi "Unicapital İnvestisiya Şirkəti” ASC-nin anderraytinq dəstəyi ilə Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə (nominal qiymətlə) həyata keçiriləcək.

Dünyaca məşhur Longines, Rado, Maurice Lacroix, Raymond Weil, Versace, Salvatore Ferregamo, Tissot, Certina, Hamilton, Swatch, Flik-Flak, Seiko, Citizen, Obaku, VMF NF, VMF Rover, VMF Elli, Casio, Zippo, Victorinox və digər brendlərin Azərbaycanda rəsmi distributoru olan VMF şirkəti, dünyanın dəqiq mexanizmlər istehsalatı sferasında yeni innovasiyaların və texnologiyaların yaranmasını nəzərə alaraq Azərbaycanı qlobal bazarla eyni anda inkişafı üçün daim yeniliklərə sərmayə yatırır. Bu səbəbdən "VMF 2024” konseptinə uyğun olaraq 20-dən çox satış nöqtələrinin Azərbaycan üzrə sayını 30-a qədər artırmaq, onlarda texnoloji müsbət dəyişikliklər etmək, yeni multi-brend mühiti yaratmaq, satış prosesini əyləncə seqmenti ilə inteqrasiya etmək əsas istiqamətlərdəndir.

Azərbaycanda keyfiyyətli saat mədəniyyətinin banisi hesab edilən, 1997-ci ildə Vahid Mustafayev tərəfindən yaradılmış VMF Şirkəti 2018-ci ildən Azərbaycanda ilk dəqiq mexanizmlər istehsal edən VMF Natural Frequencies saat fabrikini inşa etmişdir və bu günə qədər artıq 15 000-dən çox milli saatlarımız dünya istehlakçılarına dəqiq vaxtı göstərir.

Qiymətli kağızların anderraytinqi, investisiya və törəmə maliyyə alətləri üzrə çoxşaxəli xidmət göstərən "Unicapital İ.Ş.”, emitentlərə göstərdiyi təqdirəlayiq dəstəyi və qiymətli kağızlar bazarına verdiyi töhfələrlə daima diqqət mərkəzində olub.

"Unicapital İ.Ş.” ASC korporativ müştərilərinin bizneslərini genişləndirərək əlavə kapital cəlb etmələri, eyni zamanda mövcud səhm və istiqrazlarını birjaya yerləşdirə bilmələri üçün etibarlı və asan anderraytinq xidməti təklif edir.

Bu gün müştəri sayı 600 000-i ötmüş, nizamnamə kapitalı 100%-lik "Unibank KB” ASC-yə məxsus olan "Unicapital İnvestisiya Şirkəti” ASC, 2007-ci ildən fond bazarının peşəkar iştirakçısı, BFB-nin ilk və ən uzunmüddətli üzvüdür.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər buraxılışın anderrayteri olan "Unicapital İnvestisiya Şirkəti” ASC-ə və ya BFB-a üzv olan digər investisiya şirkətlərinə müraciət edə bilərlər.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol