Altı ayda 17 erkən nigahın qarşısı alınıb - Komitə sədri

2023-cü ilin altı ayında Azərbaycanda 17 erkən nigaha daxil olmanın qarşısı alınıb. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
"Altı ay ərzində 4 açıq qapı günü keçirilib. 517 vətəndaşa psixoloji və digər sosial məsələlər üzrə dəstək göstərilib", - Muradova 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə çıxışı zamanı deyib.
O bildirib ki, hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 17 rayonda Qadın Resurs Mərkəzləri fəaliyyət göstərir.
Azərbaycanda Dövlət Statistika tərəfindən 2022-ci il yaşı 18 olmayan və nigaha daxil olan 270 nəfər müəyyən olunub. Bu rəqəm 2021-ci ildə 137 nəfər təşkil edib.
Gülnar Nazimqızı
www.anews.az
Son xəbərlər 
Daha çox 























