• $
  • €
  • ₽
  • ₺
  • £

Ağdamda tikinti-söküntü tullantılarının təkrar emal edilməsinə başlanılıb - FOTO

Ağdamda tikinti-söküntü tullantılarının təkrar emal edilməsinə başlanılıb - FOTO
22.07.2023 17:00
İşğaldan azad edilmiş ərazilərin bərpasında yaşıl iqtisadiyyat prinsiplərinin tətbiqi məqsədilə özəl sektorla birlikdə tikinti-söküntü tullantılarının təkrar emalı layihəsinə başlanılıb.

Bu barəsə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Faiq Mütəllimov bildirib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə dövri iqtisadiyyatın təmin edilməsi və təbii sərvətlərdən səmərəli istifadə olunması ilə bağlı qarşıya qoyulan hədəflərə uyğun olaraq, Ağdam rayonunun Kəngərli kəndinin bərpa və yenidənqurulması zamanı yaranan tikinti-söküntü tullantılarının təkrar emalına başlanılıb.

"İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri nəticəsində tikinti və söküntü tullantılarının sayı xeyli artıb. Təşəbbüs ilk növbədə Ağdam rayonunda yaranan tikinti və söküntü tullantılarının ətraf mühitə təsirini əhəmiyyətli dərəcədə azaltmağa kömək edəcək. Bu materiallar poliqona atılmaq əvəzinə, təbii ehtiyatları qoruyaraq və çirklənməni minimuma endirməklə təkrar emal ediləcək və yenidən bu ərazilərdə aparılan bərpa işlərində istifadəyə veriləcək. Layihənin məqsədi tullantıların dayanıqlı şəkildə idarə olunmasını təmin etməkdir”.

O, həmçinin bildirib ki, layihə dövlət və özəl sektor təşkilatları arasında birgə səydir.
"Bu, strateji cəhətdən Ağdam rayonunda təkrar emal müəssisələrinin yaradılmasını nəzərdə tutur. Bu qurğular müxtəlif tikinti və söküntü tullantılarını emal etmək qabiliyyətinə malik olacaq. Bundan əlavə, layihə regionda yerli iqtisadiyyata da təkan verəcək. Davamlı təcrübələri təşviq etməklə biz ümid edirik ki, bu digər regionlar üçün də nümunə olacaq”.

Faiq Mütəllimov xatırladıb ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən BMT-nin Ətraf Mühit Proqramının ekspertlərinin iştirakı ilə Şuşa şəhəri və Ağdam rayonu ərazisindəki dağıntılardan götürülmüş nümunələrin laborator təhlilləri aparılıb və bu tullantıların təkrar emal edilərək tikintidə istifadəyə yararlı olduğu müəyyən olunub.

Ağdam rayonunun bərpası nəzərdə tutulan digər kəndlərində də bu layihənin davam etdirilməsi planlaşdırılır. Növbəti mərhələdə bu fəaliyyətin genişləndirilərək işğaldan azad edilmiş digər ərazilərdə də tətbiqi ilə bağlı tədbirlər görülür.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol